Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Futbol
    Mikels ailəsi ilə təyyarədə söhbət: Onlar hansı şəraitdə tanış oldular? – VİDEO
    10.11.2025 22:10:26

    Estoniyanın paytaxtı Tallinə uçuram. Səbəb idman tədbiridir. Hələ Bakıdakı hava limanında Kamerun millisinin və "Neftçi"nin hücumçusu Vensan Abubakarı görürəm. Bilet məsələsində Türk Hava Yollarının kassası qarşısında hansısa problemlə üzləşib, kiməsə zəng edir. Noyabrın 13-də Mərakeşin paytaxtı Rabatda keçirilməli olan Konqo Demokratik Respublikası (DR) ilə dünya çempionatının seçmə mərhələ oyunu üçün səfərə çıxır.

    "Qarabağ"ın Mərakeş əsilli fransalı oyunçusu, adı artıq millimizlə də çəkilən (məncə, bu, kimlərinsə atdığı fərziyyədir, indiki nazirlik buna imkan verməz) Abdullah Zübeyri (a kişi, əl çəkin, fransızca Zubir yazmaq istəmirəm) görürəm. Milli ilə əlaqədar çempionatda yaranan fasilədən yararlanaraq ailəsi ilə ölkəmizi tərk edir. Sonradan öyrənirəm ki, istirahətə Dubaya gedir.

    Daha bir tanış sima məndən qarşıda təyyarəyə ayaq basır. Oxşadıram. Bəli, bu, "Qarabağ"ın daha bir nümayəndəsi, Akademiyanın meneceri Nail Kərimovdur. Deyir ki, Almaniyanın Frankfurt şəhərinə ECA-nın (Euopean Club Association) tədbirinə gedir.

    Hava limanında ötən mövsüm kişilər arasında voleybol üzrə Yüksək Liqanın bürünc medalçısı "Xilasedici" də görünür. Vadim Kutukov kimi tanış simalar var. Onlar Rumıniyanın paytaxtı Buxarestə "Çelenc Kap" (Challenge Cup) turnirində məşhur “Styaua” ilə ilk matça çıxmaq üçün bu səfərdədir. Təyyarədəcə "Xilasedici"nin baş məşqçisi Cəlil Cəlilovu kənara çəkib noyabrın 12-dəki matç barədə suallarımı ünvanlayıram.

    Bir ərəb simalı xanım isə arxa sırada düz yanımda əyləşib. Yanında da qara dərili uşağı. Birdən gözümə xanımın ayaqlarının arasında olan "Sabah"ın çantası dəyir. İngiliscə "Is it yours" (bu sizinkidir?) soruşuram. "Yes, it is mine" (bəli, mənimkidir) deməsi 3 saatlıq səfərin maraqsız keçməyəcəyinə dair məndə ilkin təəssüratı formalaşdırır. Özümü təqdim edirəm: "idman jurnalistiyəm"…

    Məlum olur ki, bu xanım "Sabah"ın vuran ayağı Konqo DR əsilli almaniyalı Coy-Lans Mikelsin həyat yoldaşı və yanındakı da qızı Niadır. Sən demə, təyyarənin lap arxa hissəsində almanca danışan və qara dərili oğlan və qız uşağı ilə əyləşmiş xanım isə Coy-Lansın 1 yaş kiçik qardaşı, ötən mövsüm "Şamaxı"da, indi isə "Zirə"də çıxış edən Leroy-Jak Mikelsin həyat yoldaşıdır. Nə gözəl. Söhbətə başlayırıq. 

    Məndən arxada əyləşmiş xanım Mikels Almaniyaya – Düsseldorfa gedir. Yanımdakı xanım Mikels isə yaşadığı Niderlandın Maastrixt şəhərinə.

    Alman xanım bildirir ki, Coy-Lansın həyat yoldaşı yarı türk, yarı Mərakeş ərəbidir, ancaq bu dillərdə bilmir. Adı Sabuha, soyadı Çağlar olan həmin xanım isə buna aydınlıq gətirir: "Atam türk, anam ərəb olub. İndi onlar ayrılıb. Onlar evdə Niderland dilində danışdığından, mən bu dilləri bilmirəm. Ancaq adım Sabuhanı atam qoyub. İbrahim Tatlısəsi yəqin ki tanıyırsınız. Onun "Sabuha" adlı mahnısından sonra bu ad mənə qoyulub".

    "Nə gözəl, mənim də adım Səbuhidir, fars mənşəlidir". Bunu deyərkən, bu qədər ad oxşarı olan söhbət şərikinin olmasına təəccüblənir: "Really?" (Doğrudan?).
    Niderlandda heç vaxt olmadığımdan başlayıram söhbətə. Deyir ki, Amsterdam gözəl şəhərdir, amma...:”Bu şəhərdə 3 gündən artıq qala bilmirəm. Dərhal darıxıram. Maastrixt böyük şəhər deyil, ancaq oradakı sakitlik mənə hüzur verir”.

    Bəs Bakı? “Bakı çox xoşuma gəlir, Avropadan fərqli olaraq, orada iş günləri axşam saat 10-dan sonra da restoran və ya market tapmaq mümkündür. Bir qədər tıxaclar və sürücülərin siqnal üzərinə oturması adamı yorur”.

    Əlacı olsa, 3 yaşlı qızı Nianı da Bakıda məktəbə qoyacağını bildirir. Ancaq deyir ki, beynəlxalq məktəblərin qiyməti çox bahadır: “EAS-da (European Azerbaijan School) bizə 5 min dollar oxudular. Bu, aylıq qiymətdir. Çox bahadır. Ona görə razılaşmadıq. Hazırda məktəbinə görə Nianı Niderlanda aparıram. Orada getdiyi məktəb pulsuzdur. Amma 10 gün sonra özüm yenidən Bakıya qayıdacağam”. Mən isə ona EAS-la bağlı daha maraqlı faktın üstünü açıram. Bildirirəm ki, EAS-ın rəhbəri Tale Heydərov vaxtı ilə "Qəbələ" klubunun prezidenti olub.

    Mikelsin Səudiyyə Ərəbistanı macərası  barədə də soruşuram. “Sabah”dan ayrılarkən bir problem, “Əl-Feysəli”dən ayrılarkən digər problem yaşamışdı. Ərəblərdən pulunuzu ala bildiniz? “Güc-bəla ilə də olsa, aldıq. Orada yaşamaq da çox çətin idi. Yaşadığımız Harma şəhəri sanki mağara kimi bir yer idi. Əvvəla, hava çox isti idi, 2-cisi çox darıxdırıcı yer idi. Əylənmək üçün heç nə yox idi. Ona görə də mən orada cəmi 3 ay qala bildim və həyat yoldaşıma dedim ki, mən getdim”.

    Sonda necə tanış olmaları barədə də soruşuram: “Pandemiya vaxtı idi. Bizim “Maastrixt” klubunda çıxış edirdi. Zədəsi olduğundan, həkimlər ona idman zalında məşq etməyi tapşırmışdı. Ora bağlı olduğundan, bizim zala idman etməyə gəlmişdi. Mən də həmin vaxt orada məşq keçirdim. Elə idman zalında şirin söhbətimiz baş tutdu və beləcə tanış olduq. Hazırda bizim izdivacdan bir qızımız var və çox xoşbəxtik”.

    İstanbulda hamı gedəcəyi yerə gedir. "Zirə"nin futbolçusunun həyat yoldaşı isə lap tələsir. Çünki onun təyyarəsinin uçmasına lap az vaxt qalıb...

    Səbuhi Musa
    Bakı – İstanbul

    Futbol

    "Bakıda çox varlanmışdım" - Sabiq "Neftçi"li

    4.12.2025 12:44:39
    Futbol

    "Bu amil "Neftçi" ilə bağlı qərar verməyimi asanlaşdırdı" - Vensan Abubakar

    4.12.2025 11:45:02
    Futbol

    Azərbaycan çempionu Portuqaliyaya 13 oyunçu ilə yollandı - ADLAR

    4.12.2025 11:15:50
    Futbol

    "Qarabağ"ın sabiq futbolçusu Braziliya çempionu oldu

    4.12.2025 10:49:18
    Futbol

    Azərbaycan Kubokunda 1/4 finalın son iştirakçıları bəlli olur

    4.12.2025 10:00:58
    Futbol

    "Keçmişə qayıtmağa ehtiyac yoxdur" – Qurban Qurbanov

    3.12.2025 21:57:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bakıda çox varlanmışdım" - Sabiq "Neftçi"li

    4.12.2025 12:44:39

    "Sumqayıt" yeni transferini açıqladı

    4.12.2025 12:08:54

    "Bu amil "Neftçi" ilə bağlı qərar verməyimi asanlaşdırdı" - Vensan Abubakar

    4.12.2025 11:45:02

    Azərbaycan çempionu Portuqaliyaya 13 oyunçu ilə yollandı - ADLAR

    4.12.2025 11:15:50

    "Qarabağ"ın sabiq futbolçusu Braziliya çempionu oldu

    4.12.2025 10:49:18

    Azərbaycanda cüdo yarışları bu telekanalda yayımlanacaq

    4.12.2025 10:27:25

    Azərbaycan Kubokunda 1/4 finalın son iştirakçıları bəlli olur

    4.12.2025 10:00:58

    "Belə vəziyyətlərdə komanda olmaq çətindir" - Gəncə klubunun baş məşqçisi

    4.12.2025 09:00:13

    "Yaxşı oynadığımızı deyə bilmərəm" – "Neftçi"nin baş məşqçisi

    3.12.2025 23:49:50

    "Sanki bizi döyməyə başladılar və biz də buna razılaşdıq" – Baş məşqçi

    3.12.2025 22:37:02

    "Neftçi"dən sürpriz məğlubiyyət

    3.12.2025 22:13:23

    "Keçmişə qayıtmağa ehtiyac yoxdur" – Qurban Qurbanov

    3.12.2025 21:57:08

    "Qarabağ" məcbur edir ki, müdafiə olunasan" – Füzuli Məmmədov

    3.12.2025 21:27:25

    Dünya çempionumuzdan ehtiraslı FOTOLAR

    3.12.2025 21:05:13

    Azərbaycan Kuboku: "Qarabağ" inamlı qələbə ilə 1/4 finalda – VİDEO

    3.12.2025 21:00:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved