Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azərbaycan və Ukrayna ilə səfər oyunları həlledici olacaq" – İslandiya millisinin baş məşqçisi
    10.11.2025 14:13:45

    İslandiya yığmasının baş məşqçisi Anar Qunnlauqsonn noyabrın 13-də Bakıda Azərbaycan millisinə qarşı keçiriləcək görüşün komanda üçün dünya çempionatı 2026-nın seçmə mərhələsində ən vacib oyunlardan biri olacağını bildirib.

    Prosport.Az xəbər verir ki, mütəxəssis noyabr ayında baş tutacaq səfər oyunlarının komandanın gələcək taleyi baxımından həlledici əhəmiyyət daşıdığını vurğulayıb: “Azərbaycan və Ukraynaya qarşı səfər oyunları çətin və demək olar ki, qrupun taleyini müəyyən edəcək qarşılaşmalar olacaq”.

    O, həmçinin Fransa ilə 2:2 hesablı heç-heçənin qrupdakı vəziyyətə ciddi təsir etdiyini qeyd edib: “Fransadan aldığımız 1 xal bizim üçün son dərəcə vacib idi. İndi fransızlar Ukraynanı məğlub etməyə məcburdurlar və Bakıya “mütləq qalib gəlmək” düşüncəsi ilə gəlmək istəməyəcəklər. Əgər Azərbaycan üzərində qələbə qazansaq, turnir cədvəlində daha əlverişli mövqeyə yüksələ biləril.”

    Qunnlauqsson Bakıda keçiriləcək oyunun xarakterinə də toxunub: “Bu qarşılaşmalar ev oyunlarımızdan tam fərqli olacaq. Topa daha az nəzarət edə bilərik, amma komandamız artıq müxtəlif şəraitə uyğunlaşmağı öyrənib. İndi biz hər vəziyyətə uyğun taktiki dəyişiklik edə və fərqli tempdə oynaya bilirik".

    Baş məşqçi noyabr oyunlarında milliyə qayıdan Yohann Berd Qudmundssonun da roluna diqqət çəkib: "Ümid edirəm, Yohann meydana yaxşı mənada idman əsəbiliyi ilə çıxacaq. O, təcrübəli futbolçudur və komandanın balansı üçün son dərəcə önəmlidir”.

    Qeyd edək ki, D qrupunda hazırkı vəziyyət belədir: Fransa - 10 xal, Ukrayna - 7, İslandiya - 4, Azərbaycan - 1.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved