"Kəpəz" futbolçusu Vitor Feijao ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, braziliyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Mövsümün əvvəlində Gəncə təmsilçisinə cəlb olunan yarımmüdafiəçi bu komandada 9 çempionat oyununda 1 qol vurub.
