Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Yan xətt hakimi 50 metrdən epizoda müdaxilə edir" – Rəşad Sadıqov
    8.11.2025 22:50:45

    "İlk növbədə Zəfər Günü münasibətilə xalqımızı, dövlətimizi təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Zəfərimiz əbədi olsun. Yəqin ki, bu gün əzmkar oyun keçəcəyi hamıya bəlli idi. Qarşımızda təhlükəli komanda var idi. Hücum potensialı ən təhlükəli komandalardan birinə qarşı oynayırdıq. Əks-hücumlarda, cinah asmaları təhlükəlidir. Hamısını nəzərə almışdıq. Futbolçularım əzmkarlıq göstərdi. Demək olar ki, rəqibə qol epizodu vermədik. Komandam çox diqqətli oldu və peşəkarlıqla hücumların qarşısını alırdı. 60-cı dəqiqədən sonra say üstünlüyümüz oldu. Ona qədər bərabər mübarizə şəraitində oyun keçirdi. 100 %-li olmasa da, qol epizodlarımız oldu. Daha böyük qüvvə ilə irəli atıldıq. Sadəcə rəqib qapıçı, müdafiəçilər etibarlı idi. Uduzsaydıq da, futbolçularımın davranışından razı idim. Bu şəkildə davam etməliyik. Milli fasilədən sonra hazırlaşacağıq ki, istədiyimiz nəticəni əldə edək".

    Prosport.Az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının XI turunun "Zirə" – "Turan Tovuz" (0:0) görüşündən sonra mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov deyib.

    O, jurnalistlərin suallarını cavablandırıb.

    – Hakimliyi bəyəndiniz?
    – İlk hissədə epizodlar var idi ki, etiramızı bildirdik. Bizi özümüzdən çıxaran epizod var idi. Uzaqdakı yan xətt hakimi qırmızı vərəqə verilməsini dedi. 50 metrdən epizoda müdaxilə edir. VAR sistemi var. Epizodda "qırmızı"lıq bir şey yox idi. Əliyar Ağayevin də dərhal qırmızı verməsindən sonra hamımız emosional olduq. Oyunun sonunda faullar var idi ki, bəlkə bizim, digər komandaların xeyrinə verilsə, təhlükəli deyil. Amma "Turan Tovuz" standart vəziyyətlərdə təhlükəlidir. Oyunun içində bu məqamlar olur. Hakim səhvi nəticəyə təsir etmədi. Vacib olan budur.

    – Tyaqo Silva start heyətinə qayıtdı. Bunun xüsusi səbəbi var idi?
    – Plan 2 oyunluq idi. Aydın Bayramova şərait yaratdıq ki, oyun praktikasını düzəltsin. Milli komandada start heyətində meydana çıxmaq üçün qapıçılarda rəqabət var. Milli və Aydın bizim üçün dəyərlidir. Bizdə 1-ci və 2-ci qapıçı arasında uçurum yoxdur. Tyaqoya da demişdik ki, belə olacaq. Öncədən də bilinirdi ki, bu gün qapıda Tyaqo olacaq.

    – Bu gün topa ilk toxunuşu Tamerlan Burcəliyev etdi. Futbolçu karyerasını erkən bitirdi və indi məşqçidir. Niyə bu cür qərar verib?
    – Məşqçiliyi seçməsi öz qərarıdır. Müdrik qərar verdi. Erkən başlaması məşqçilik karyerası üçün də yaxşıdır.

    – Əvvəlki mövsümlərdə "Zirə"də qələbəsizlik seriyası yaranırdı. Nələri dəyişdiniz ki, indi bu cür seriya yoxdur?
    – Çempionatın ortasında belə ssenarilər oldu. Amma heç kim zəmanət verməyib ki, indi olmayıbsa, gələcəkdə də olmayacaq. Daha çox özümü təhlil edirdim ki, niyə elə perioda düşürdük. Bu il daha çox motivasiya olduq, daha çox öz işimizin üzərində çalışdıq ki, futbolçulara yanlış enerji getməsin. Futbolçular başa düşür ki, builki çempionat əvvəlki kimi deyil. Futbolumuz inkişaf edir. Bu da bizi sevindirir. Amma nəticə qazanmaq da çətinləşir. Futbolçular da bunu düzgün təhlil edirlər ki, 7-ci pillə ilə 2-ci pillə arasında proqnoz vermək olmur. Çempionluğa da aiddir. Hiss edirəm ki, bu mübarizə sona qədər belə gedəcək.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved