Misli Premyer Liqasının XI turunun “Araz-Naxçıvan” – “Karvan-Yevlax” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Azər Həşimov jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– Hər şeyi gördünüz. Nəsə deməyə ehtiyac yoxdur.
– Penalti epizodunu necə şərh edərdiniz?
– Oyunçularım əziyyət çəkdi. Epizodu hələ dəqiq görməmişəm. Dəqiq baxandan sonra biləcəyəm. Uşaqlar dedi ki, penaltidir…
– Vadim təcrübəli oyunçudur. Əlini gizlədə bilməzdi?
– Vadim dedi, gizlətmişəm. Epizoda baxandan sonra dəqiq nəsə deyə bilərəm.
– Oyunda üstün olsanız da, hesabı qoruya bilmirsiniz. Səbəb nədi?
– Uşaqlar mübarizə aparır. İdman xoşbəxtliyi sanki bizdən yana deyil.

