Premyer Liqanın Zəfər Turu (Xl) çərçivəsində Azersun Arenada keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu üçün satışa çıxarılmış bütün biletlər satılıb.
Prosport.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma 9 noyabr saat 18:44-də start götürəcək.
Qeyd: Qapılar azarkeşlər üçün oyunun start fitindən 90 dəqiqə əvvəl açılacaq.

