AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Bayan" (Almaniya) – "Arsenal" (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma noyabrın 12-də Münxen şəhərində yerləşən "Alyans Arena"da baş tutacaq.
Qeyd edək ki, ötən tur kişilər UEFA Çempionlar Liqasında "Arsenal"ın "Slaviya" ilə Praqadakı oyununda hakimlər heyəti azərbaycanlılar idi.

