Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azarkeşlərdən üzr istəyirəm" – Kaxaber Sxadadze
    8.11.2025 09:45:46

    "Qəbələ" Misli Premyer Liqasının XI turunda doğma meydanda "Sumqayıt"a 0:2 hesabı ilə  uduzub.

    Prosport.Az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Gürcü məşqçi əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

    – "Sumqayıt"ı qələbə münasibətilə təbrik edirəm. Belə oyundan sonra nəsə demək çətindir. Nəticəyə görə azarkeşlərdən üzr istəyirəm. İstər-istəməz məşqçi günahkardır. Real qol şanslarından istifadə edə bilmirik. Rəqibə elə penalti qazandırdıq ki... Başa düşə bilmirəm ki, elə epizodda necə əllə oynamaq olar. Həmişə özümə sual verirəm ki, nəyi düz etmədik? Səhvlərin qarşısını necə alacağımızı fikirləşmək lazımdır. Hər oyunda 1-2 kobud səhv edirik. Bunun nəticəsində məğlub oluruq. Kiməsə zəif görünmək istəmirəm. İşimin başında qalıram. Söz vermişəm. Sona qədər sözümün üstündə durmalıyam.

    – Əvvəlki mətbuat konfranslarının birində demişdiniz ki, bəzi futbolçuların səviyyəsi Premyer Liqaya uyğun deyil. Bu sözdən sonra onları oyunlara necə motivasiya edirsiniz?
    – Mən bu sözü ehtiyat oyunçular skamyasında oturan futbolçular haqda demişdim. Bir çoxlarında Premyer Liqa təcrübəsi çatmır. Təcrübəni deyirəm, səviyyəni yox. Heyətə baxsanız, görərsiniz ki, bir çox futbolçunun Premyer Liqa təcrübəsi yoxdur. Onlar təcrübəli oyunçularla mübarizədə çətinlik çəkir. Bu da normaldır. Mən özüm 18 yaşımda əsas heyətdə oynamışam. Futbolçu üçün bundan böyük motivasiya ola bilməz. Məşqçi 18-19 yaşlı oyunçuya şans veribsə, meydanda can qoymalıdır, özünü öldürməlidir. Məşqçi futbolçuya başqa necə motivasiya verə bilər?

    – Asif Məmmədovun xidmətindən yararlanmağı düşünürsünüz?
    – Asif bizim klubun əfsanəsidir. Bizə kömək edir. Yerli futbolçularla söhbətlərdə məşqçilər korpusuna köməklik göstərir. Fiziki durumu oynamağa imkan vermir. Asif çox yaxşı insandır.

    – Komanda son oyunlarda qol vura bilmir. Bunun səbəbi nədir?
    – Əlbəttə bu, məni narahat edir. Nə qədər qol vəziyyəti yaradırıq, buna baxmaq lazımdır. Oyundan əvvəl Saşa İliçlə söhbət etdik. O da bizim komanda haqda müsbət sözlər dedi. Hər oyun 4-5 dənə 100%-li qol vəziyyətlərindən istifadə edə bilmirik. Bu da təcrübəsizlik və soyuqqanlı olmamaqdan irəli gəlir. Təcrübə qazandıqca soyuqqanlı olursan. Prins Ovusu 5 metrdən ötürmə verə bilmədi. Domi Massumu demək olar ki, boş qapıya düşə bilmədi. Penaltiyə qədər "Sumqayıt"ın qol epizodu yox idi.

    – "Karvan-Yevlax" və "Kəpəz" qalib gəlsə, sonuncu yerə düşəcəksiniz. Mövsüm başlayanda belə ssenarinin olacağını düşünürdünüz?
    – Əlbəttə ki, belə olacağını düşünməzdim. Bizim məqsədimiz Premyer Liqada qalmaq idi. Bunun üçün mübarizə aparırıq. Nəyisə atıb getmək asandır. Söz vermisənsə, axıra qədər üstündə durmalısan. Bir daha azarkeşlərdən üzr istəyirəm. Qışa qədər mübarizə aparmalıyıq. Qışda isə heyəti gücləndirməliyik. Güclü olmaq lazımdır.

    – Hər dəfə deyirsiniz ki, heyətimiz gəncdir, futbolçuların təcrübəsi yoxdur. Bunu yayda düşünməmişdiniz?
    – Sizinlə razıyam. Amma əvvəlki mətbuat konfranslarında bu məsələyə toxunmuşam. Bəli, heyətlə bağlı səhvlər olub. Qışa qədər bu söhbəti bağlayaq. İndi bu haqda danışmağın mənası yoxdur.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved