“Çelsi” ilə oyunda zədələnən "Qarabağ"ın yarımmüdafiəçisi Kadi matçdan dərhal sonra tibbi müayinədən keçib.
Prosport.Az xəbər verir ki, müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.
Həkimlərin ilkin proqnozuna görə, Kadinin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.
