Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Anam məni dünyaya bu cür gətirib və belə qalmaq istərdim" - Qurban Qurbanov
    6.11.2025 01:02:10

    Çempionlar Liqasının IV turunun “Qarabağ” – “Çelsi” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Azarkeşlərə təşəkkür edirəm. Qarşıdan “Zəfər Günü”müz gəlir. Oyunçularımın bu gün mübarizə aparması məni çox sevindirdi. Sona kimi bərk durmağı bacardılar. Baxmayaraq ki, Avropanın ən güclü klublarından birinə qarşı oynayırdıq. Çəkinmədilər, azərbaycanlıya xas xarakter göstərdilər. Bu gün bir xal qazandıq. İngilis klublarına qarşı ilk xalımız oldu. Bu cür oyunlar, nəticələr bizə böyük inam verir. Ən vacibi də futbolu ölkəmizə, azarkeşlərimizə, rəhbərliyə sevindirir. Qarşıda “Napoli”, “Ayaks”a qarşı oyunlar var. Bəlkə də, gözləyirlər ki, bizimlə oyun olsun, üç xal qazansınlar.

    – Kadinin sağ cinahda oyuna başlaması nə ilə bağlı idi?
    – Rəqibin oyununa görə idi. Onların üslubuna görə belə addım atdıq.

    – İki xal itirdiniz, ya bir xal qazandınız?
    – Xallarımızın üstünə xal gəlibsə, deməli, qazanmışıq. 0 da ola bilərdi. Xalımız 7 oldu.

    – Kənarda bu qədər soyuqqanlı olmağı necə bacardınız?
    – Bəlkə, xarakterimlə bağlıdır. Belə deyək, nə var, odur.

    – “Çelsi”yə qolu 10 nəfərlə olanda vurdunuz…
    – Bəli, azlıqda olanda qol vurduq. Ola bilər, rəqib həmin dəqiqələrdə bir az diqqətsiz oldu. Çünki onların da 10 nəfərlə qaldığı anlar var idi. Həmin an ehtiyat etdik. Şansımız düşən kimi istifadə etməyə çalışdıq. Belə hallar olur. Bəzən bir komanda 60-70 dəqiqə azlıqda oynayıb qol vurur. Bunlar futbolun düşünülməyən tərəflərindən idi.

    – Pley-off mərhələsinin hesabları gedir. “Qarabağ”ın turnirlə bağlı xəyalları nədir?
    – İlk gündən fikirlərimi söyləmişdim. 2017-ci ildəki vaxtdakı komandadan indiki fərqlənir. Daha böyümüşük. Heyətdə elə oyunçular var ki, bizə gələnə qədər böyük turnir görməmişdi. Düzü, rəqiblər bilinəndə narahatlığım var idi. Bəzi futbolçuların həyəcanı məni narahat edirdi. Şükürlər olsun, bir-birimizə güvənimizdən, kollektivi ələ almağımızdan mübariz komanda yarandı. Qrup mərhələsinin oyunlarına kimi inanırdım ki, bura düşəcəyik. İlk turdan məqsədimiz bu idi və buna nail olduq. Şansımız varsa, maksimum istifadə etməyə çalışacağıq. Məşqdən, xallardan doymamalıyıq. Daha çox məşq edib, uğurun dalıyca qaçmalıyıq.

    – “Çelsi”nin start heyətini görəndə onların bizə yuxarıdan aşağı baxdıqlarını düşünmədiniz?
    – Belə böyük komandalarda ehtiyat heyət anlayışı yoxdur. İlk dəfə deyil ki, bu heyətlə oynayırlar. Həm Çempionlar Liqasında, həm Premyer Liqada, həm Kubokda mübarizə aparırlar və rotasiyalar etmək məcburiyyətindədirlər. Hər oyun eyni heyətlə oynamaq asan deyil. Belə klublar inanmıram ki, hansısa kollektivə yuxarıdan aşağı baxsın.

    – 2017-ci ildə burda məğlub olmuşdunuz. Həmin vaxt müsahibənizdə demişdiniz ki, bu cür matçlar sizi gücləndirir. Bəs siz özünüz bu müddətdə necə inkişaf etmisiniz?
    – Bu oyunlarda biz qazanırıq. Böyük klubların ölkəyə gəlməsi bizim üçün uğurdur. Uğur qazanmaq üçün böyük sınaqlardan keçmək lazımdır. 2017-ci ildəki heyət ayrılıqda daha güclü ola bilər, amma bizim təcrübəmiz daha artıb. 2017-də ilk dəfə bu turnirdə oynamışdıq. İndi isə ikincidir, avrokuboklarda daha çox oyun keçirmişik.

    – Bu gün meydana üç xal üçün çıxmışdınız?
    – Oyunu müdafiədən qurmamışdım. Rəqib nə qədər şərait yaradırsa, hücumda oynamalıydıq. Risklərə gedəcəyimi də demişdim. Bu gün risklər də etdik. Bu cür rəqiblərə qarşı risk etmək lazımdır ki, inamı tapasan. İlk dəqiqələrdən müdafiədə qalsaq, qorxaqlıq hissi yarana bilərdi. Hər şeyə real baxmalıyıq. 90 dəqiqə hücum futbolu oynamağımız da mümkün deyil.

    – Kadinin durumu necədir?
    – Dəqiq nəsə deyə bilməyəcəyəm. Ciddiyə oxşayır. Ayaq hisəsində kiçik sümüklərdən birinin qırıldığı ehtimal edilir. Sabah dəqiq bilinəcək.

    – Qarşıda “Liverpul”la oyun da olacaq…
    – “Liverpul” dünən “Real”ı məğlub etdi (gülür). Oyun onların meydanında olacaq. O cür azarkeşlərin qarşısında oynamaq asan deyil. Yenə də sağlam oynamağa çalışacağıq.

    – Mareska oyunsonrası sanki qəzəbli idi. Qələbə qazana bilmədikləri üçün belə olduğunu düşünürsünüz?
    – Xeyr. Ola bilsin, məyusluğu var. Pozitiv məşqçidir. Oyundan əvvəl dialoqumuz oldu. Çox xoş, alicənab insandır.

    – Rəqib ikinci hissəyə üç dəyişikliklə başladı. Sizcə, Mareska “Qarabağ”ın əsl gücünü görüb belə addım atdı?
    – Deməzdim. İlk hissədən sonra məğlub idi. Oyunu sürətləndirmək istədiyi üçün bu dəyişiklikləri etdi. Bu, bizə ciddi yanaşdıqlarını göstərir. Bəlkə də, əvvəlcə planı həmin oyunçuları 15-20 dəqiqə oynatmaq fikri var idi. Amma gedişat ona bunu etdirdi.

    – Rəqib müdafiəsində Hatonun oynaması sizin Kamilo Durana əlavə tapşırıqlar verməyinizə səbəb oldu?
    – Bəzi detalları açıqlamağım düzgün olmaz. Oyuna dünəndən hazırlaşmışdıq. Öz hücumlarımız var idi. Xeyli sayda onları edə bildik. Rəqibdə adlar dəyişir, sistem eynidir.

    – Leandro Andrade demək olar, hər oyun 60-cı dəqiqələrdə əvəzlənir. Bu, nə ilə bağlıdır?
    – Andrade sürətli futbolçudur. O, hər oyun digər futbolçulara nisbətən maksimal sürəti çox olur. Belə matçlarda yorğunluğu hiss olunur. Ona görə əvəzləmişik.

    – Qazandığınız nəticə sizə əlavə yük olmur?
    – Ən böyük uğuru qazanmaq ən yaxşı baş məşqçi deməkdirmi, bilmirəm. Ən yaxşı nəticə verən məşqçi desəniz, daha uyğun olar. Avropada tək “Qarabağ” olanda mənimçün əlavə motivasiya yaranır. Çünki məğlub olsaq, heç kim qalmış olmur.

    – 30 ildir, Çempionlar Liqası oyunlarına baxıram. “Qarabağ”ın Aleks Ferqyusonu olmaq, ya “Qarabağ”dan ayrılıb, Qvardiola, Mourinyo kimi olmaq istərdiniz?
    – Anam məni dünyaya Qurban Qurbanov kimi gətirib və belə qalmaq istərdim. Məncə, suallar bitdi, gedək, “Qalatasaray”ın oyununa baxaq (gülür).

    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Futbol

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    Futbol

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    Futbol

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    Futbol

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    Futbol

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved