Türkiyəli məşhur şərhçi Ertem Şener "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla görüşüb:
Prosport.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
“Daim inkişaf edən və komandasını da inkişaf etdirən baş məşqçi – Qurban Qurbanov. 18 ildə 11 çempionluq, 5 Azərbaycan kuboku. Klubun prezidenti Tahir bəy isə rəhbərliyi ilə tarix yazır.
Qələbələrin bol olsun, hörmətli Qurban Qurbanov və Qarabağ!”, - deyə Ertem Şener yazıb.
