Azərbaycanın basketbol klubları FIBA Avropa Kubokunda növbəti oyunlarını bu gün keçirəcəklər.
Prosport.Az xəbər verir ki, I qrupunda mübarizə aparan "Neftçi" IV turda Polşanın "Trefl" komandasını qəbul edəcək. Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
Qrupun digər görüşündə "Abşeron Layns" Estoniyada "Kalev"in qonağı olacaq. Bu oyun isə saat 21:30-da başlayacaq.
Qeyd edək ki, "Trefl" 6 xalla liderdir. "Neftçi" 5 xalla 2-ci, "Kalev" 4 xalla 3-cü, "Abşeron Layns" isə 3 xalla 4-cü sırada qərarlaşıb.
