Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Çelsi"nin qarşısını almaq üçün fərqli sistemə əl atmağı düşünmürəm" - Qurban Qurbanov
    4.11.2025 17:40:36

    UEFA Çempionlar Liqasının IV turunda sabah keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyunundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunub.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Maraqlı oyun olacaq. Böyük tarixi olan kluba qarşı oynayacağıq. Bu cür komandaların, futbolçuların Bakıya gəlməsi azarkeşlər üçün də əlavə stimuldur. Dəfələrlə qeyd etmişdim, belə matçlar ölkəmizdə futbol üçün əlavə stimuldur. Oyuna pis hazırlaşmamışıq. Yaxşı, mübariz futbol göstərmək istəyirik. Futbolçularıma güvənirəm. İnanıram ki, azarkeşlər oyundan zövq alacaq.

    – “Çelsi” Bakıda məşq etməyəcək. Onların birbaşa oyuna çıxması sizin üçün nə dərəcə üstünlük yarada bilər?
    – Belə hallar çox olur. Maraqlansaq, onlar bu rejimdə çox oynayıblar. Belə komandalar üçün oyun günü meydana çıxmaq problem yaratmamalıdır. Özümüz də belə hallar yaşamışıq. İndi “Çelsi”nin məşq etməməsi bizim üçün əlavə üstünlük yaratmamalıdır. Yəni, bu məqamı nəzərə alıb, hansısa rahatlıq tapmalı deyilik.

    – “Çelsi”nin bəzi aparıcı oyunçuları olmayacaq. Bu sizə psixoloji üstünlük verə bilər?
    – Belə böyük komandaların bir-iki oyunçusunu müzakirə etmək olmaz. Böyük klublardır və böyük hədəfləri var. Bir oyunçu yoxdur, ikisi var. Onların heyəti çox genişdi. Sadəcə onlarda xırda detallar axtarmalı deyilik. Daha çox onların oyun sisteminə uyğunlaşmalıyıq.

    – Qələbə karyeranızın ən böyük qələbəsi hesab edilə bilər?
    – Böyük klublara qarşı qalibiyyət çox önəmlidir. Bu cür oyunlar böyük stimuldur. İngiltərə təmsilçilərinə qarşı qələbəmiz yoxdur, xal da qazanmamışıq. İngiltərə Premyer Liqası tamam başqa səviyyədir, dünyanın ən güclü liqasıdır. Bütün futbol ölkələrini üstələyirlər. Belə rəqiblərə qarşı məğlub olsaq da, uduşumuz var. Əvvəl də demişəm, biz möhkəm durmağı bacarmalı, inamlı mübarizə aparmalıyıq.

    – 2017-ci ildən bu yana komanda olaraq özünüzü necə hiss edirsiniz? Komanda nə dərəcə inkişaf edib?
    – Futbol çox inkişaf edib. O vaxt da klublar arasında fərq çoxdur. Bu gün daha artıq ola bilər. Çünki əvvəl bizim zəif cəhətlərimiz çox idi, amma indi təcrübəmiz artıb. Premyer Liqada futbol həddindən artıq inkişaf edir. Bütün komponentlərdə sürətlidirlər. Nə qədər təcrübəli olsaq da, “Çelsi” daha çox inkişaf edib. Bu, bizim üçün təhlükədir. Dünya çempionuna qarşı oynamaq bizimçün əlavə stimuldur. Klublar arasında fərq böyük olsa da, yaxşı mübarizə aparmağa çalışacağıq.

    – Sabah hansı taktika ilə oynayacaqsınız?
    – “Çelsi” son dönəmlərdə rotasiyalara gedir. Çempionlar Liqasında fərqli, Premyer Liqada fərqli heyətlə çıxış edirlər. İki detal var ki, dəyişiklik edirlər. Sabah heyətə uyğun futbolçulara fikirlərimizi bildirəcəyik. Bu komandaların belə oyunlarda heyət dəyişməsi onlar üçün fərq etmir. Çalışacağıq ki, bildiyimizi daha yaxşı edək. Oyunun gedişatında bəzi detallardan istifadə etməyə çalışacağıq. Futbolçular bu oyundan zövq almalıdırlar.

    – Start heyəti müəyyənləşdirmisinizmi?
    – Demək olar ki, müəyyənləşdirmişəm. Kiçik sual var. Sabah səhər məşqindən sonra qərar verəcəyik.

    – Musa Qurbanlının durumu necədir?
    – Musa 3 gündür fərdi məşqlər edir. Durumu belədir.

    – “24-lüy”ə düşsəniz, hücumçu transferi gözlənilirmi?
    – Bu barədə çox düşünmək istəmirik. Daim hücumçu axtarışındayıq, gətirmək istəyirik. Bir neçə mövqeyə oyunçu transferi düşünürük. Həmişə çalışmışıq ki, maksimumdan istifadə edək.

    – Rəqib baş məşqçi Enzo Mareska oyunun çətin keçəcəyini deyib. Bildirib ki, “Qarabağ” sıx oynayır. Bunlarla bağlı nə deyə bilərsiniz? Eyni zamanda sizin uzunmüddət klubda işləməyinizə toxunub…
    – Təşəkkür edirəm. Bu fikirlər onun peşəkarlığını göstərir. Deməli, klubla yaxından maraqlanıb. Yəni matça ikinci dərəcəli oyun kimi baxmır. Burda qazanılacaq hər xal liderliyinə təkandır. Bu göstərdi ki, məşqçilər, futbolçular çox peşəkardır.

    – Enzo Mareska “Sanderlend”ə məğlubiyyətdən sonra demişdi ki, rəqibin son anda taktika dəyişməsi problemə səbəb olub. Sabah siz tərəfdən onları hansısa sürpriz gözləyir?
    – Fikir olaraq bildirə bilər. Bəlkə, onu nəsə əldə etmək üçün deyib. Sıx qrafikə görə problemləri ola bilər. Çünki futbolçu yorğun olanda potensialını üzə çıxara bilmir. “Beşli” müdafiə oynamağı sevmirəm. Əldə etdiyimiz uğurları sistemimizə görə bacarmışıq. Hansısa oyunda daha çox müdafiəyəmeyilli oyun qurmaq olar. Amma bu sistemlə uzunmüddətli oynamaq olmaz. Düzdür, “beşli” müdafiə ilə dominant oynayan klublar da var. “Çelsi”nin qarşısını almaq üçün fərqli sistemə əl atmağı düşünmürəm. Düzülüşdə müəyyən dəyişiklik etmək olar. Bunu müdafiəçi yox, hücumçu ilə də əvəzetmək olar.

    – Türkiyədə klubların bir futbolçu üçün ayırdığı pula siz bir komanda qurmusuz və uğur qazanırsınız. Sirr nədədir?
    – Özümüzü onlarla yanaşı qoymaq istəmirəm. Klubların öz düşüncələri, yanaşmaları var. Düşünməmişəm ki, bu klubun büdcəsi çoxdur, məndə azdır, amma mən yaxşı nəticə verirəm. Həmişə çalışıram ki, düşdüyümüz vəziyyətə uyğun addım ataq. Uğur üçün şansımız varsa, etməyə çalışırıq. Bunu işgüzarlığın hesabına etməyi üstün tuturam.

    – “Qara bazar” bilet satışı ilə bağlı “işini gördü”. Azarkeşlər bu məsələdə əziyyət çəkir. Stadionda sizi dəstəkləmək istəyənlər kənarda qalır. Bu durum sizə necə təsir edir?
    – Bu haqda məlumatım yoxdur. Görmədiyim, bilmədiyim şeyə münasibət bildirmək istəmirəm. Klub tərəfindən hər şeyə maksimum nəzarət var.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved