Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Çelsi" Bakıda əsas oyunçularına istirahət verə bilər
    4.11.2025 12:46:08

    UEFA Çempionlar Liqasının 4-cü turunda “Qarabağ”la qarşılaşacaq “Çelsi”nin heyətində ciddi rotasiya gözlənilir.

    Prosport.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Enzo Mareska aparıcı oyunçulara Bakıda istirahət verməyi düşünür.

    Çalışdırıcı daha əvvəl “Ayaks”ı 5:1 hesabı ilə məğlub etdikləri görüşdə bir neçə gün əvvəl “Nottingem Forest” (3:0) önünə çıxan heyətdən 10 oyunçunu dəyişmişdi.

    Əsas qapıçı Robert Sançes bu dəfə ehtiyatda oturacaq. Çünki Mareska bu tip görüşlərdə Filip Yorqensenə şans verir. Sağ cinah müdafiəçisi mövqeyində Malo Qusto yer alacaq. Riis Ceyms “Tottenhem”lə ağır matçdan sonra istirahət edəcək.

    Tosin Adarabioyo son vaxtlar formadan uzaq olsa da, “Qarabağ”la görüş onun özünəinamını bərpa etməsi üçün fürsət ola bilər. Mövsümün ən yaxşı mərkəz müdafiəçilərindən biri hesab olunan Coş Açemponq London derbisini buraxdıqdan sonra bu qarşılaşmaya tam hazırdır. Yorrell Hato müdafiənin sol cinahında Mark Kukurelyanı əvəz edəcək. İspaniyalı Premyer Liqanın növbəti turuna hazırlaşacaq.

    Yarımmüdafiəçi Moyzes Kaysedonun da istirahətə ehtiyacı var və onu Romero Lavia əvəz edəcək. Eyni vəziyyət Enzo Fernandesə də aiddir. Argentinalı ehtiyatda qalsa, Andre Santos start heyətində meydana çıxacaq.

    “Çelsi” azarkeşləri Estevao Villianın oyununu səbirsizliklə gözləyirlər. Braziliyalı “Tottenhem”ə qarşı cəmi 5 dəqiqə oynamışdı. Estevao ilə Ceymi Gittens Çempionlar Liqasının son matçında və İngiltərə Kubokunda “Vulverhempton”la (4:3) oyunda özünü əla tərəfdən göstərmişdi. Mareska bu tandemdən Bakıda da yararlanacaq.

    Fakundo Bonanotte də start heyətində çıxış edə bilər. Çünki Joao Pedro fiziki durumu ilə bağlı son məşqdə yer almayıb. Həmçinin Koul Palmer də zədəlidir. Nəhayət, Liam Delap “Vulverhempton”la matçda qırmızı vərəqə aldıqdan sonra özünü reabilitasiya etmək şansı qazanır. Hücumun mərkəzində Delapın meydana çıxması gözlənilir. Delap diskvalifikasiya səbəbindən “Tottenhem”lə görüşü buraxdığından, “Qarabağ” önündə çıxış etməyə tam hazırdır.

    Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu saat 21:45-də başlayacaq.

    Futbol

    "Neftçi" Vernidubun istəyini nəzərə alıb, onu da Bakıya gətirdi - FOTO

    7.03.2026 13:15:08
    Futbol

    Bakıda yenidən UFC turniri keçirilə bilər – Vayt açıqladı

    7.03.2026 11:10:04
    Futbol

    Millimiz səfərdə Macarıstanla üz-üzə

    7.03.2026 10:42:19
    Futbol

    Premyer Liqada XXIII tur autsayderin oyunu ilə başlayır

    7.03.2026 10:00:58
    Futbol

    Yayda "Qarabağ"ı tərk edəcək futbolçular bilindi – ADLAR

    6.03.2026 22:21:39
    Futbol

    AFFA "Qarabağ" – "Sabah" oyunundakı qalmaqalla bağlı məsələyə yenidən baxacaq

    6.03.2026 21:29:56
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Vernidubun istəyini nəzərə alıb, onu da Bakıya gətirdi - FOTO

    7.03.2026 13:15:08

    Milli komandaların məşqi və oyunları üçün bu məkandan istifadə olunacaq - FOTOLAR

    7.03.2026 12:46:04

    Nazim Sadıqovun növbəti rəqibi bilindi

    7.03.2026 12:12:25

    Rəşad Nəbiyev Qran-pridə qızıl medal qazanan cüdoçunu təbrik etdi - FOTO

    7.03.2026 11:45:25

    Bakıda yenidən UFC turniri keçirilə bilər – Vayt açıqladı

    7.03.2026 11:10:04

    Millimiz səfərdə Macarıstanla üz-üzə

    7.03.2026 10:42:19

    Premyer Liqada XXIII tur autsayderin oyunu ilə başlayır

    7.03.2026 10:00:58

    Hidayət Heydərovun müəllimi onun çəkisini sala bilməməsinin səbəbini açıqladı: "İspaniyaya getmişdi"

    7.03.2026 09:16:21

    "Heç nə alınmadı, bərbad oynadıq" – Lənkəran təmsilçisinin baş məşqçisi

    6.03.2026 23:36:02

    Bölgə təmsilçilərinin duelini Naxçıvan klubu qazandı

    6.03.2026 22:47:06

    Cüdoçumuz Avstriyada qızıl medal qazandı – VİDEO

    6.03.2026 22:29:34

    Yayda "Qarabağ"ı tərk edəcək futbolçular bilindi – ADLAR

    6.03.2026 22:21:39

    AFFA "Qarabağ" – "Sabah" oyunundakı qalmaqalla bağlı məsələyə yenidən baxacaq

    6.03.2026 21:29:56

    Millimiz Taylanda 6 boksçu ilə yollanır - ADLAR

    6.03.2026 18:48:48

    "Sabah"ın məşqçisinin "Qarabağ"a etdiyi qeyri-etik jestin VİDEOSU

    6.03.2026 18:25:50
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved