Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Yanvarda turnir cədvəlinə, komandanın durumuna baxacağıq" - Valdas Dambrauskas
    3.11.2025 22:29:42

    Misli Premyer Liqasının X turunun “Sabah” – “Qəbələ” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Qələbə münasibətilə azarkeşlərimizi, rəhbərliyi təbrik etmək istəyirəm. Çox çətin, ağır oyun oldu. Çox mübarizə aparan, döyüşən komandaya qarşı oynadıq. Hücum futboluna üstünlük verir, fərqli tərzdə oynayırlar. Eyni zamanda sürətli oyunçuları var. İrəlidə təhlükə yaratmağı bacarırlar. İlk hissədə çox təhlükə yaratdılar. Yaxşı qol şansları oldu. Bizim isə demək olar, ritmimiz yaxşı deyildi. Çalışırıq ki, rəqibi daha çox qapımızdan uzaq saxlayaq. Bugünkü oyunda mental cəhətdən çox iş gördük. Şadam ki, qapımızı toxunulmaz saxlaya bildik. Bəzən elə olur ki, 3 xalı çox çətin əziyyətlə əldə edirsən. Bu gün bunu etdik. Mövsüm uzundur, qarşıda çox oyun var. İkinci hissədəki oyunumuzdan məmnun qaldım. Bəzi hücumlarımız var idi ki, yaxşı bitirə bilərdik. Oyunçuları qələbə münasibətilə təbrik edirəm.

    – Aleksey İsayevin durumu necədir?
    – Aleksey üçün qayıdış çətin idi. Bu gün daha çox istəyirdik ki, son ötürmələri versin, oyunu bitirsin. Düzdür, oyuna çıxması riskli idi. Uzun müddətdir, oynamır. Amma məşqlərdə çox istəklidir. Oynamaq üçün əlindən gələni edir. Tapşırıqları meydançada yerinə yetirdi.

    – Pavel Şafranko ağır zədə alıb. Qış fasiləsində hücumçu transferi nəzərdən keçirilə bilərmi?
    – Hələ transfer haqda düşünmürük. Daha çox növbəti görüşü – “Kəpəz”lə matçı fikirləşirik. Yanvara qədər vaxtımız var. Şafranko bu gün ata olub, 2-ci qız övladı dünyaya gəlib. Onu təbrik edirəm. 4 oyundur, Şafrankosuz çıxış edirik. Bu mövqedə həll yollarını tapmağa çalışırıq. Bu, məşqçi heyətinin işidir. Yanvarda turnir cədvəlinə, komandanın durumuna baxacağıq.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved