Xorvatiya çempionatında XII turun oyunları keçirilib.
Prosport.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadənin formasını geyindiyi “Varajdin” səfərdə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmış "Osiyek"lə qarşılaşıb.
Oyun qolsuz heç-heçə ilə başa çatıb. Abdullazadə bütün matçı ehtiyat oyunçular skamyasında keçirib. "Varajdin" hazırda 16 xalla 4-cü yerdədir.

