Polşa çempionatında XIV turun oyunları davam edir.
Prosport.Az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Motor" səfərdə "Lex"lə qarşılaşıb.
Görüş 2:2 hesabı ilə başa çatıb. Dadaşov 77-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, hazırda "Motor" 15 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.
