Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qazonla bağlı vəziyyət aydındır, özünüz hər şeyi gördünüz" - Qurban Berdiyev
    2.11.2025 19:37:10

    "Təxmin etdiyimiz kimi, ağır oyun oldu. "Şamaxı" bu mövsüm üçün kifayət qədər güclənib. Yaxşı futbolçulara malikdir. Oyunlar keçdikcə, gücləri daha da artır. 2-ci hissədə biz daha bütöv oyun nümayiş etdirdik. Qələbəyə layiq idik".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Qurban Berdiyev Misli Premyer Liqasının X turunun "Şamaxı" ilə oyunundan (2:1) sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

    - İlk hissənin bu qədər sönük keçməsini nə ilə əlaqələndirirsiniz?

    - Həyəcan var idi. Uzun müddətdən sonra öz azarkeşlərimiz qarşısında oynayırdıq. Məşqdə də hiss edilirdi. İkinci hissədə biz daha bütöv oyun göstərdik. Bir az sakitləşmişdilər.

    - Stadionun qazonu ilə bağlı fikriniz necədir? Düşünürdünüz ki, bəlkə bir müddət sonra oynayardınız?

    - Qazonla bağlı vəziyyət aydındır, özünüz hər şeyi gördünüz. Oyunla bağlı danışaq.

    - "Turan Tovuz" hazırda liderdir. Milliyə yalnız Faiq Hacıyev cəlb edilir. Artıq o da start heyətində yer almır. Bu, sizi qayğılandırır?

    - Təkcə Faiqə yox, digərlərinə də aiddir, kim güclüdürsə, o da oynayır.

    - Ayxan Abbasov bildirdi ki, hər iki komanda 1 xala layiq idi. Siz necə düşünürsünüz?

    - 2-ci hissədə biz daha üstün oynadıq. Daha çox qol epizodlarımız var idi. Biz qələbəyə daha layiq idik.

    - Müdafiə xəttinin çıxışından, xüsusilə də Emmanuel Hakmandan razı qaldınız?

    - Hakman heç vaxt olmadığı qədər həyəcanlı idi. Əsasən də ilk hissədə sadə səhvlərə yol verirdi. 2-ci hissədə daha rahat və daha yaxşı oynadı.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved