FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Prosport.Az xəbər verir ki, Əliyar Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) matçının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. 4-cü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Niderlandlı Rob Dieperink VAR, onun həmyerlisi Yerun Mansxot isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma noyabrın 4-də Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək.
