Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ruan Renato millimizə xeyir verə bilər" – Rəşad Sadıqov
    1.11.2025 16:37:06

    Misli Premyer Liqasının X turunun “Karvan-Yevlax” – “Zirə” oyunundan (2:3) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Çempionat oyunları elədir ki, hansısa matça rahat yanaşa bilmirsən. Matçdan əvvəl də bilirdik ki, burda bizi necə oyun gözləyir. Son turda “Turan Tovuz”a qarşı yaxşı, əzmkar oyun göstərmişdilər. Çətin olacağını bilirdik. İlk hissədə çoxsaylı qol epizodları yaratdıq. Rəqib qapıçı inanılmaz seyv edirdi. Bizdə isə qapımıza gələn bir zərbə qol oldu. Fasilədə dedim ki, belə davam etməli, bir az sürəti artırmalıyıq. Fasilədən sonra rəqib daha bir qol vursa da, futbolçular özlərində güc tapıb, geridönüş etdi və qələbə qazandı. Bu şəkildə davam etməliyik. Qarşıda “Turan Tovuz”la bizi ağır oyun gözləyir.

    – Kapitanın (Qismət Alıyev) ehtiyatda olması nə ilə bağlı idi?
    – Yorğun olduğu hiss edilirdi. Ötən matçda da oynatmamağı düşünürdüm, amma son anda fikrimi dəyişdim. Bu gün ona bir az istirahət verməyi düşündüm.

    – Zədəliləriniz nə vaxt qayıdır?
    – İssa Cibrilla məşqlərə başlayacaq, amma oynaması sual altındadır. Volkovun da milli fasilədən sonra qayıtması gözlənilir.

    – Buraxdığınız qolları necə şərh edərdiniz?
    – Düşünürəm ki, canlı səddin səhvi idi. “Qarabağ”la buraxdığımız qola oxşadı. Orda da top canlı səddin altından keçmişdi. Standart vəziyyətlərdə oxşar səhvlər olur. İkinci qolda Aydınlıq bir şey yox idi. Rəqib 100 faizlik epizod yaxalamışdı.

    – Ruan Renatoya Azərbaycan millisində oynamaqla bağlı söhbət etmisinizmi?
    – Söhbətim olmayıb. Son illərdə milliləşmə ilə bağlı prosesdə durğunluq var. Renato elə oyunçudur ki, millimizə xeyir verə bilər. Onda azərbaycanlı xüsusiyyətləri – patriorluq, diqqət, futbolçularla münasibət var. Bu cür futbolçuların milliləşməsinə ehtiyac varsa, etmək olar. Yenə də qərar məndən asılı deyil. “Zirə”nin məşqçisi kimi yox, azərbaycanlı biri kimi onun milliləşməsinə sevinərəm. Necə məsləhətdirsə, elə olsun.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved