Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi"nin hücum xəttindən çəkinmirik" – Qurban Qurbanov
    31.10.2025 20:41:27

    "Qarabağ" Misli Premyer Liqasının X turunda "Azərsun Arena"da "İmişli"ni 2:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Rəqibin baş məşqçisinə təşəkkür edirəm ki, oyunun yerinin dəyişdirilməsinə razılıq verdi. Matçdan əvvəl də ona təşəkkürümü bildirdim, sağ olsun. Çox vacib qalibiyyət idi. İntizamlı komandaya qarşı oynayırdıq. Birinci hissədə çox düzgün müdafiə olundular, təhlükəli əks-hücumları oldu, penalti qazandılar. Oyundan qopmadıq, sona qədər çalışdıq ki, oyun intizamını qoruyaq. İkinci hissə temp artdı, topla daha tez oynamağa başladıq. Sonda qələbə qazandıq. Bu, çox vacib idi. Çempionatda bütün oyunlar bu məcrada keçəcək,. Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq. Futbolçular üçün çox düşünmək lazımdır. Qarşıdakı matçlarda da ciddi olaraq, liderlər sırasındakı mübarizəmizi davam etdirəcəyik. "İmişli"yə də uğurlar arzulayıram. Qısa vaxtda yaxşı təşkilatlanmış komanda yaradıblar.

    - Komandanın tam formasını bərpa etmədiyi görünür. Əvəzetmələri bilərəkdən sona saxladınız ki, komanda "Çelsi" ilə oyunöncəsi daha çox forma yığsın?

    - Hər bir futbolçunun daha çox oynamağa ehtiyacı var. Bəzi oyunçular üçün belə matçlardan öncə 60 dəqiqə azdır. Oyun da pis getmirdi. Gedişata görə etdik. Kamilo Duran çox sprint etdi, güc sərf etdi. Təhlükəli idi, belə oyundan öncə ehtiyatlandıq. Nəriman Axundzadə və Emmanuel Addainin də oyunda olmasını istədim. Öndəki pressinqi saxlamaq üçün əvəzetmələr etdik.

    - Premyer Liqa klubları taktikanızı çözüblər, daha çox müdafiəyə çəkilirlər və futbolçularınız yorulur. Bu cür davam etsə, nə kimi yeniliklər tətbiq edəcəksiniz?

    - Tətbiq edəcəyim bir şey yoxdur. Futbol pas oyunudur. Biz bütün diqqətimizi, işimizi onu yaxşılaşdırmaq üçün görürük. Daha dinamik oynamağa çalışmalıyıq. Dünən "Çelsi"nin baş məşqçisi deyir ki, bəzi komandalar bizə qarşı beşli müdafiə ilə oynayırlar, belə müdafiəni yarmaq çətindir. Tək biz şikayət etmirik. Daha çox yaradıcı olmaq istəyirik ki, qol şanslarımız çox olsun. Bunda uğur daha çoxdur, davamiyyətlidir. Futbol, sistem inkişaf edib. Biz də buna hazır olmalıyıq. Maraqlıdır. Futbolçu meydanda daha çox düşünməli olur. Hardasa bacarırıq, hardasa da alınmır.

    - "Neftçi" Vensan Abubakarı transfer edib. Siz isə fərqli transferlərə üstünlük verirsiniz, xaricdə II Liqadan oyunçular gətirirsiniz. Belə fikriniz olub ki, ulduz futbolçu gətirəsiniz? 

    - Xeyirli olsun. Samir Abasovun açıqlamasını gördüm. Ulduz futbolçuları 1-2 ay əvvəl gətirmək olmur. Deyib ki, 2 ay əvvəl oyunçular indi razılaşdığı qiymətə razılaşmırlar. Elə vəziyyətlər var ki, onunla ayaqlaşmalıyıq. Hər birimizin fərqli strategiyası var. Biz keyfiyyətli hücumçudan qaçmamışıq, onu əldə etməyə çalışmışıq. Əgər bizim sistemimizə uyğun olarsa, heç də keçən ildən az məbləğ təklif etmərik. Təbii ki, hücumçu üçün. Xeyli məbləğ təklif etdik, amma alınmadı. Futbolçu gəlmək istəmir, klubu səninlə "oynayır". Bir az qeyri-ciddi söhbətlər olur. Keyfiyyətli oyunçulara həmişə üstünlük vermişik. Şansımız olarsa, biz də istifadə edərik. Öz büdcəmizə, komandamıza uyğun addımlar atmağa çalışırıq.

    - "Neftçi"nin hücum xəttindən çəkinmirsiniz?

    - Xeyr, əksinə maraqlıdır. Mənim oyunçularım üçün əlavə motivasiya, məsuliyyət olacaq. Azarkeşlər sevinsinlər ki, belə ulduz futbolçuları görürlər. 

    - Joni Montiel bu gün debüt etdi. Onun haqda fikriniz necədir?

    - Onun üçün motivasiya olsun deyə meydana buraxdım. Jonini meydana buraxmaq fikrim yox idi. Son vaxtlarda çox ciddi hazırlaşır. İstədim ki, bu gün "23-lük"də olsun. O, hələ oyunda oynamağa, tempə dözməyə hazır deyil. Yeni gələndə zədələnmişdi. Formasını bərpa etməyə başladı. Joninin işinə heyfim gəldi. Ona vaxt lazımdır.

    - Nəriman Axundzadənin fiziki durumu 60-70 dəqiqə oynamağa imkan verir?

    - Bəli. Keçən matçda oynadı. Start heyətində olmaq imkanı var. Təhlil edəcəyik. Fiziki durumu elədir ki, meydanda 90 dəqiqə qala bilər.

    - Bugünkü heyəti 100 faiz "Çelsi" ilə matçın heyəti saymaq olar?

    - Həyatda 100 faizlik heç nə yoxdur (gülür). 

    - "Çelsi" ilə görüşdə xarakter, futbolçu keyfiyyəti, yoxsa motivasiya həlledici olacaq?

    - Hamısı. Bu oyunlarda hardasa zəiflədinsə, diqqət etmədinsə, çətin olur. "Çelsi" dünyanın ən bahalı komandası, dünya çempionudur. Ən sürətli, ən dinamik liqadan gələn rəqibdir. Bu cür klubların Azərbaycana gəlməsi bizə və komandaya əlavə motivasiya verir.

    - "Çelsi" ilə oyun üçün hamı bilet axtarır, amma "İmişli" görüşdə stadion boşdur. Bu, sizi üzür?

    - Təkcə bizim oyuna görə yox, ümumiyyətlə futbolun bəzəyi azarkeşdir. Nə qədər yaxşı oynasan da, azarkeş olmasa, oyun baxımlı görünmür. Çempionatın səviyyəsi aşağıdır. Futbolçunu nə qədər motivasiya etsən də, sənin düşündüyün motivasiyada oynamır. Biri də var, sən motivasiya verdin, azarkeş də motivasiya verdi. "Atletik"lə oyunda tam başqa səviyyə idi, azarkeşlər futbolçularına necə motivasiya verirdilər. Dayanmadılar, 90 dəqiqə dəstək oldular, bizə təzyiq etdilər. Bəzi çempionat oyunlarımızda biz 3-4 min azararkeş görəndə sevinirik, futbolçular sevinir ki, nə qədər azarkşeş gəlib. Bu cür oyunda nə qədər alqış olardı, motivasiya olardı. Azarkeşsiz futbol keyfiyyətsiz görünür. Keyfiyyətli qaldırmaq üçün səbəblər varsa, meydança amili, hava şəraiti, onlardan biri də azarkeşdir. Ona görə də çox istəyərdik ki, azarkeşlər oyunumuza gəlsinlər. 3 min nəfərlik stadiondursa, tam dolsun. Dolu stadion tam başqadır. Ümidlə yaşayırıq. Yəqin ki, qarşıdakı illərdə olar. 

    - Kontenin 2017-ci ildəki "Çelsi"si daha təhlükəlidir, yoxsa Mareskanın indiki komandası?

    - Fərq məşqçilərdədir, fərqli futbol sərgiləyirlər. 8 il əvvəlki futbolla bugünkü eyni deyil. Tələblər başqadır. Bu gün "Çelsi" daha yuxarı səviyyədədir, Kontenin "Napoli"si də yuxarı səviyyədədir. Futbol çox inkişaf edib. Dinamika qaxlıb, güc çoxalıb. Buna da hamı uyğunlaşır. Onlar o çempionatlarda qarşılığını görürlər, bizdə fərlqidir. Biz də oralara yaxınlaşmaq istəyirik. 8 il əvvəlki "Qarabağ"dan daha yaxşıyıq, təcrübəmiz artıb. Biz bir az inkişaf etmişiksə, onlar lap çox inkişaf edib.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved