Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ" piramidanın ucunda, biz alt hissəsindəyik" – Jorj Kaşkilya
    31.10.2025 20:35:00

    Misli Premyer Liqasının X turunda keçirilən “Qarabağ” – “İmişli” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Oyunçularımla fəxr edirəm. “Qarabağ” kimi güclü komandaya qarşı bu səviyyədə futbol oynadıq. Birinci hissədə taktiki cəhətdən fantastik çıxış etdik. Yaxşı hazırlaşmışdıq. Bilirdik ki, “Qarabağ”ın güclü tərəfi nədir. Keyfiyyətli oyunçuları var, gözləyirdik ki, arxada boşluqları olacaq. İlk hissədə taktiki cəhətdən hər şey düzgün idi. İki epizodu əldən verdik, rəqibin hücumlarının qarşısını ala bildik. Qol vura bilmədik. Qol vura bilmirsənsə, əksi olur. İkinci hissədə bilirdik ki, bizi çətin anlar gözləyir. “Qarabağ” yüksək pressinq edəcəkdi, təzyiq göstərəcəkdi. Buna hazır idik. İlk qolu buraxdıqdan sonra taktiki cəhətdən dəyişiklik etmək istədik ki, qol vuraq. “Qarabağ”ın yüksək sürətli, texnikalı oyunçuları bundan istifadə edib, bizə 2-ci qolu vurdular. Uduzduğumuza görə məyusuq. Amma oyunumuzdan razıyam. “Qarabağ” kimi rəqibə qarşı belə oynamaq nailiyyətdir. Onları təbrik edirəm, uğurlar arzulayıram.

    – Dioqo Almeyda ilk hissədə iki epizodu dəyərləndirə bilmədiyi üçün onu əvəzləyəcəyinizi gözləmək olardı. Amma görünür ki, komandanız mərkəz hücumçusu baxımından əziyyət çəkir. Bu haqda fikriniz necədir?
    – Futbolda normal haldır. Almeyda əla oyunçudur, bu matçı da yaxşı oynadı. Bizim üçün vacib futbolçudur. Topu irəlidə saxlaya bilir, rəqib qapısı qarşısında təhlükəli anlar yaradır. Onu dəyişməməyimizin səbəbi başqa oyunçunun olmaması deyil, taktiki məsələdir. Dioqonun meydanda qalması doğru idi.

    – Siz kubok oyununa çıxmışdınız, amma “Qarabağ” istirahət etmişdi, daha təravətli idilər. Bu məqam sizə nə dərəcədə təsir etdi?
    – Azərbaycan futbolunda “Qarabağ” piramidanın ucundadırsa, biz kiçik komandayıq, piramidanın alt hissəsindəyik. “Qarabağ”ın yüksək səviyyəli oyunçuları olduğu üçün əvəzetmələri rahat edirlər. Bizdə çətindir. Rotasiyalarımız “Qarabağ”dakı kimi deyil. Birinci hissədə gözəl oynadıq, yaxşı mübarizə apardıq. “Qarabağ” bizdən daha böyük klubdur.

    – Penaltini Almeyda qazansa da, Juninyo yerinə yetirdi. Bu, sizin qərarınızdır?
    – Bəli, mənim seçimdir. “Qaradağ Lökbatan”la görüşdə də penaltini Juninyo vurmuşdu. Bu, oyunçuda özünəinamı artırır.

    – Bu oyun Qubada keçirilməli idi, amma matçın “Azərsun Arena”da keçirilməsinə razılıq verdiniz. “Qarabağ”ın yol yorğunu olmasının qarşısını aldınız. Matç Qubada keçirilsəydi, nəticə fərqli ola bilərdi?
    – Cavab verə bilmərəm. Orada oynadıq, ya burada oynadıq, “Qarabağ” güclü komandadır. Cavabı yoxdur məndə. Orada necə olacağını deyə bilmərəm.

    – Ümumiyyətlə, Qubada özünüzü meydan sahibi kimi hiss edə bilirsiniz?
    – Mən məşqçiyəm, bu dəyişiklik baş verəndə, bizimkilər “Qarabağ”a köməklik etmək istədi. Ev məsələsinə gəldikdə, biz səfərdə 4 matçın 3-də qalib gəlmişik. Bu, onu göstərir ki, səfərdə də güclüyük. Azarkeşlərimiz necə ki, Qubadakı oyunlara gəlirlər, eləcə də səfər görüşlərində bizə dəstək olurlar

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved