İngiltərə Liqa Kubokunun IV turunda doğma meydanda “Kristal Pelas”a 0:3 hesabı ilə uduzan "Liverpul" daha bir antirekord müəyyənləşdirib.
Prosport.Az Opta-ya istinadən xəbər verir ki, bu nəticə “Liverpul”un son 91 ildə evdəki ən ağır kubok məğlubiyyətidir.
Sonuncu dəfə “qırmızılar” bu hesabla 1934-cü ildə “Bolton”a qarşı İngiltərə kubokunda uduzublar.
Bu, “Liverpul”un bütün turnirlərdə son 7 oyunda 6-cı məğlubiyyəti olub. Arne Slotun komandası bundan əvvəl Premyer Liqada ardıcıl 4, Çempionlar Liqasında 2 görüşdən birində uduzub.
Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən biridir.
