Azərbaycan Basketbol Liqasında V tura start verilib.
Prosport.Az xəbər verir ki, ilk oyun günündə "Ordu" "Lənkəran"la qarşılaşıb.
B qrupunun matçında "hərbçilər" 91:76 hesablı qələbəyə sevinib. "Ordu" 10 xalla 1-ci, "Lənkəran" 7 xalla 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, tura noyabrın 2-də yekun vurulacaq.
