AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere hakimlərin Misli Premyer Liqasının IX turunda keçirilən oyunlardakı mübahisəli epizodlar zamanı düzgün qərarlar verdiyini bildirib.
Prosport.Az xəbər verir ki, mütəxəssis "Kəpəz" - "İmişli", "Araz-Naxçıvan" - "Sabah" və "Qəbələ" - "Neftçi" matçlarında baş verənləri şərh edib.
O, həmin epizodlarda referilərin ədalətli qərarlar verdiyini vurğulayıb.
