UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqibi olan İngiltərənin "Çelsi" klubu daha bir transfer üçün hərəkətə keçib.
Prosport.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, London təmsilçisi İspaniya "Vilyarreal"ının müdafiəçisi Loqan Kosta ilə danışıqlar aparır.
“Çelsi” bu transferin qışda reallaşması üçün çalışır. Kabo-Verde millisinin üzvü 2024-cü ildən İspaniya klubunda çıxış edir. O, “Reyms”, “Le Man”, “Tuluza”ın da formasını geyinib.
Qeyd edək ki, “Çelsi” noyabrın 5-də Liqa mərhələsinin IV turunda Bakıda “Qarabağ”la qarşılaşacaq.

