“Turan Tovuz” baş məşqçisi Qurban Berdiyevlə müqavilənin müddətini uzadıb.
Prosport.Az Rusiya mətbuatına istinadla xəbər verir ki, mütəxəssis 2027-ci ilin yayınadək bölgə təmsilçisinə rəhbərlik edəcək.
Müqavilənin yenilənməsində komandanın uğurlu nəticələri və hazırda Misli Premyer Liqasında lider olması həlledici rol oynayıb.
İddiaya görə, klub rəhbərliyi rusiyalı mütəxəssis ən azı 3 illik yeni müqavilə təklif etməyi də planlaşdırır.
Qeyd edək ki, “Turan Tovuz” 2024-cü ilin yayında Qurban Berdiyevlə 2+1 illik sözləşmə imzalamışdı.
