Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Futbol
    "Hakimlər bizə qarşı daha diqqətli və ciddi olsunlar" - Qurban Qurbanov
    26.10.2025 22:50:25

    "Qarabağ" Misli Premyer Liqasının IX turunda "Azərsun Arena"da "Şamaxı" ilə qolsuz heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Ayxan Abbasova uğurlar arzulayıram. Bizim üçün elə də asan oyun olmadı. İstərdim daha dinamik oyun getsin. Əfsuslar olsun ki, alınmırdı. Rəqibin oyun üslubu belə idi. Onların oyunçuları çox tez əks-hücuma keçirdilər. Top itkisi olanda oyuna istədiyimiz kimi başlaya bilmirdik. Ümumən yaxşı oynadıq. "Şamaxı" yaxşı mübarizə apardı, məşqçinin işi hiss olunur. Belə oyunlar bizə asan olmur. Çünki oyun tez-tez dayanırdı. Dəfələrlə bunu demək istəmişəm. Oyunun tez-tez dayanmasının bəlkə də Azərbaycan çempionatında kiməsə faydası olur. Sırf bu matç üçün demək istəmirəm. Çox istərdim ki, kimlə oynamağımızdan asılı olmayaraq hakimlər bizim oyunlara fərqli yanaşsınlar. Daha diqqətli və daha ciddi olsunlar. Oyunu uduzaq, eybi yox. Çempionlar Liqası matçlarından sonra oynamayan futbolçulara şans verirəm. Onların da dinamikaya, sürətə uyğunlaşması komanda üçün çox vacibdir. Bu qədər vaxt keçirmək... Həkimlər bəlkə də 5 dəfə meydana girdilər. 1 dəqiqəyə oyunçunun yanına çatırlar, 1 dəqiqəyə qayıdırlar. Ayxan Abbasov da futbolçularına hirslənir, durun deyir. Gərək buna hakimlər nəzarət etsinlər. Belə olmaz. Qapıçı qurtarış edib yıxılır, sanki zədə alıb. Bu, bizim heç birimizə fayda verən bir şey deyil. Biz istəyirik ki, Avropa ilə ayaqlaşaq. Birdən-birə 180 dərəcə temp dəyişir. Əlbəttə ki, bizim üçün asan deyil. "Atletik"lə matçdan 5 gün sonra oyuna çıxırıq. Səfər oyunlarından sonra futbolçularda yorğunluq olur. Rəvan Həmzəzadənin idarə etdiyi matçlarda rəqibin kimliyindən asılı olmayaraq temp olur. Cərimə zərbələrini çox da saxlamır. Belə hakimlər var. Çempionatı buna uyğunlaşdırmaq lazımdır. Top 15 dəqiqə oyunda olmursa, futbolçuların vaxt keçirməsinə göz yumulursa... 1-2 dəqiqə tempi qaldırırsan, rəqibi cərimə meydançasına sıxışdırırsan, oyun dayanır. Oyunçular da istər-istəməz əsəbləşirlər, özlərindən çıxırlar. Bu, onlara heç də fayda vermir. Hər dəqiqə həkim meydana girir. Hələ görmədim bir nəfərin harasısa yarılsın. Çıxırlar, təzədən qayıdırlar. Belə detallara diqqət ayrılsa, yaxşı olar. Hər bir halda Ayxan Abbasova uğurlar arzulayıram, oyuna yaxşı hazırlaşmışdı. Bəlkə də qələbəyə layiq idi. Qalib gəlsəydik də, bu sözləri deyəcəkdim. Futbol mübarizədir. Hər dəfə oyunu saxlamaq yaxşı olmaz. Oyuna gəldikdə xallarımızın üzərinə 1 xal gəldi. Görünən odur ki, çempionat heç də asan deyil. Son oyunlara kimi gərgin mövsüm keçəcək.

    - Oyun demək olar ki, "Şamaxı"nın qapısının qarşısında keçdi. Rəqibin müdafiəsini niyə yara bilmədiniz?

    - Buna "Şamaxı" imkan vermədi. Biz cəhd edirdik. Burada daha çox iş "Şamaxı" müdafiəsinin üzərinə düşür. Diqqətli oynayırdılar. Sonlarda yaxşı oyun görə bilərdik. 1-2 dəqiqə görürdük, sonra dayanırdı. Bunun sayı çox olmalıdır.

    - Növbəti turda "İmişli" ilə qarşılaşacaqsınız. Çempionlar Liqasındakı matçınızı nəzərə alsaq, çempionat oyununun təxirə salınmaq ehtimalı var?

    - Xeyr, oynayacağıq.

    - Millinin son oyunlarından sonra "Qarabağ"ın hücum xəttində məhsuldarlıq azalıb. Bunu nə ilə əlaqələndirərdiniz?

    - Ola bilər. Belə period olur. Həmişə istədiyimiz kimi alınmır. Rəqiblər də bizə ciddi yanaşırlar. Komanda həmişə sağlam olmur. Normal haldır. Bütün dünya futbolunda belədir. İstərdim ki, daha da məhsuldar oynayaq.

    - Son dönəmlər mediada "Qarabağ"ın Çempionlar Liqasındakı ev oyunlarını "Tofiq Bəhrəmov"da deyil, Bakı Olimpiya Stadionunda keçirilməsi gündəmdədir...

    - Bizim üçün "Tofiq Bəhrəmov"da oynamaq daha rahat olur. Lakin 2017-ci ildə də Çempionlar Liqasının qrup mərhələsinin oyunlarını Olimpiya stadionunda keçirmişdik və oyunlarımız yaxşı alınmışdı. Bizim üçün elə də fərqi yoxdur. Olimpiya stadionu tam hazır deyil. Hazır olsaydı, orada da oynaya bilərdik.

    - "Atletik"lə oyundan sonra ən çox müzakirə olunan mövzülardan biri də Elvin Cəfərquliyevə matç zamanı verdiyiniz reaksiya idi. Oyundan sonra bununla bağlı hər hansı söhbətiniz oldumu?

    - Normal bir qaydada söhbətimiz oldu. Oyun zamanı daha çox əsəbiləşdim. Amma sonradan sakit söhbətimiz oldu. Belə oyunlarda bu cür halların olması normaldır. Bu səviyyədə keçən oyunlarda futbolçuların səhv etməsi təbii ki, normaldır. 

    - Sizcə, Premyer Liqada xarici hakimlərə ehtiyac varmı?

    - Xeyr. Öz hakimlərimizin olması daha münasibdir. Bir çox hakimimiz var ki, avrokuboklarda oyunlar idarə edirlər. Hakimlər haqqında dediyim fikirlərdə məqsəd onların bizi dinləməsi və növbəti oyunlarda daha ürəkli olmasını istəmiyimizdir. Öz hakimlərimiz inkişaf etsin. Əcnəbi hakimlərə ehtiyacımız yoxdur.

    Futbol

    FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi dəyişmədi

    19.01.2026 22:53:27
    Futbol

    "Bakıya qalib gəlmək üçün gedirik" - "Ayntraxt"ın idman direktoru

    19.01.2026 22:20:27
    Futbol

    "Ayntraxt"da zədəli oyunçular var, "Qarabağ" bundan istifadə etməlidir" - VİDEO

    19.01.2026 21:54:42
    Futbol

    "Zirə"ni "Şamaxı"ya dəyişdi

    19.01.2026 21:23:02
    Futbol

    "Qarabağ"ın rəqibi baş məşqçisi ilə bağlı qərar verdi

    19.01.2026 18:45:24
    Futbol

    "Kluba yeni direktorun təyin olunmasından sonra vəziyyət müsbət istiqamətdə dəyişdi" - Azər Həşimov

    19.01.2026 18:44:50
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi dəyişmədi

    19.01.2026 22:53:27

    "Bakıya qalib gəlmək üçün gedirik" - "Ayntraxt"ın idman direktoru

    19.01.2026 22:20:27

    "Ayntraxt"da zədəli oyunçular var, "Qarabağ" bundan istifadə etməlidir" - VİDEO

    19.01.2026 21:54:42

    "Zirə"ni "Şamaxı"ya dəyişdi

    19.01.2026 21:23:02

    "Qarabağ"ın rəqibi baş məşqçisi ilə bağlı qərar verdi

    19.01.2026 18:45:24

    "Kluba yeni direktorun təyin olunmasından sonra vəziyyət müsbət istiqamətdə dəyişdi" - Azər Həşimov

    19.01.2026 18:44:50

    "Qarabağ"ın oyununa görə iş saatı uzadıldı

    19.01.2026 18:06:22

    Güləş yığmalarımız ilin ilk toplanışına başladı

    19.01.2026 17:49:37

    İlk dəfə bu idman növü üzrə Azərbaycan Kuboku keçiriləcək

    19.01.2026 17:16:20

    Premyer Liqa klubu sabiq baş məşqçisinə mövsümün sonunadək təzminat ödəyəcək

    19.01.2026 16:46:53

    "İnkişaf üçün bu gün dünəndən daha yaxşı olmalıyıq" - Federasiya prezidenti

    19.01.2026 16:11:24

    Azərbaycandan ayrıldı, 7 ay klubsuz qaldı

    19.01.2026 15:45:52

    Çempionlar Liqası: "Qarabağ"ın oyununa satılmış bilet sayı açıqlandı

    19.01.2026 15:14:46

    Azərbaycan çempionatında əcnəbi hakimlər

    19.01.2026 14:52:07

    Millimizin üzvləri müxtəlif testlərdən keçdilər

    19.01.2026 14:12:56
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved