Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Abubakara yox, öz oyunumuza baxmalıyıq" - Kaxaber Sxadadze
    26.10.2025 19:04:07

    Misli Premyer Liqasının IX turunun “Qəbələ” – “Neftçi” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – “Neftçi”ni təbrik edirəm. Təəssüf ki, epizodları dəyərləndirə bilmirik. Qol vəziyyətlərimiz olur. İndividual səhvlərdən qollar buraxırıq. Sanki epizodlarımızda soyuqqanlılıq çatmır. İşləməli, səhvləri aradan qaldırmalıyıq. Təəssüfləndirən məğlubiyyətdir. Epizodları qola çevirə bilsəydik, fərqli ola bilərdi.

    – Oyunu Vensan Abubakara qədər və ondan sonra deyə iki hissəyə bölmək olar?
    – Abubakar yaxşı futbolçudur. Biz sadəcə öz oyunumuza baxmalıyıq. Abubakara yox, özümüzə diqqət etməliyik. Belə futbolçuların gəlişi çempionatın səviyyəsini qaldırır.

    – Hər oyundan sonra rəqib baş məşqçilər “Qəbələ”nin yaxşı oynadığını, oyun tərzini bəyəndiyini deyir. Siz özünüz komandanın oyununu bəyənirsiniz?
    – Oyunu görürük. Amma vacib xaldır. Xal qazanmalıyıq. Karyeram ərzində yüksək liqada qalmaq uğrunda oynayan komandada işləməmişəm. Klublarım daim yüksək yerlər üçün mübarizə aparıblar. Mənimçün bu baxımdan çətindir. Klub prezidenti ilə görüşdük və danışdıq. Oyun baxımından yaxşıyıq, amma şans bizim yanımızda da olmur. Bu gün “Neftçi” 2 epizoddan 2 qol vurdu. Amma biz fürsətləri boşa verdik. Söz vermişəm, komandanın liqada qalması üçün əlimdən gələni edəcəyəm. Səbr edəcəyik, razılaşmışıqsa, bu işin sonuna qədər postumuzda qalacağıq.

    – Samir Abasovun futbolçu kimi ən uğurlu dönəmi sizin “İnter”dəki vaxtınızda olub. Bu gün onun komandasını təhlil edən zaman öz təsirinizi görürsünüz?
    – Samir Abasova təşəkkür edirəm. Onunla tez-tez danışırıq. Onun adına şadam ki, məşqçi kimi yaxşı yetişib. Azərbaycanda gənc, yaxşı yetişmiş məşqçilər var. Biz isə öz diqqətimizi komandamıza yönəltməliyik.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved