Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bizimçün yerli, əcnəbi fərqi yoxdur" - Samir Abasov
    26.10.2025 18:56:08

    Misli Premyer Liqasının IX turunun “Qəbələ” – “Neftçi” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – “Qəbələ” çox yaxşı komandadır. Burda oynamaq çətindir. “Qəbələ” bütün rəqiblərə qarşı yaxşı oynayır. 10 nəfərlə “Qarabağ”a qarşı mübarizə aparmışdılar. Çox yaxşı komandadır. Keyfiyyət baxımından bir az axsaqlıq yaşayırlar. Bu da təcrübəyə bağlı problemdir. Bir az da təcrübə qazansalar, yuxarı sıralarda olacaqlar. Öz futbolçularıma minnətdaram. Ağır baryeri aşdılar. İlk hissədə çox çətinlik çəkdik. İkinci hissədə rəqibin açılacağını bilirdik. Daha təhlükəli ola biləcəyimizi bilirdik. Bütün futbolçulara təşəkkür edirəm. Azarkeşlərimizə də minnətdaram. Yolumuza davam edirik.

    – Edvin Kuç və Elvin Camalovu startda meydana buraxmaqla risk etdiyinizi düşünmürsünüz?
    – Xeyr. Bu, düşünülmüş addım idi. Burada daim məşq edən komandaların üstünlüyü var. Rəqibin hücumlarının qarşısını almaq istəyirdik. Alındı, alınmadı deyə bilmərəm. Oyunun əvvəlində Metyunu düşünə bilməzdik. Çünki bu atmosferdə onu itirə bilərdik. Kənarda məşq etdi, hazırlaşdı və ikinci hissə meydana buraxdıq.

    – Sessi D Almeydanın oynamaması nə ilə bağlı idi?
    – Buranı tanıyan uşaqlara şans vermək istədik. Hər oyunçu oynamaq üçün hazır olmalıdır.

    – Hücumda 3 futbolçunu eyni anda dəyişdiniz. Bu da effektini verdi. Növbəti matçlarda bu, həlledici ola bilər?
    – Bir neçə dəfədir ki, əvəzetmələr effekt verir. Bu gün kiminsə yaxşı oyuna qoşulub-qoşulmaması yox, oyunçuların hər birinin formada olması vacibdir.

    – Oyundan sonra Metyuya hansı iradları bildirdiniz?
    – İrad bildirmədim. Onun meydandakı duruşu ilə bağlı istəklərimiz var idi.

    – Son günlər müzakirə mövzusu yerli qapıçı məsələsidir. “Neftçi”də Rza Cəfərova şans verilmir. Onu icarəyə göndərmək daha məqsədəuyğun deyildi?
    – Qərarları klub, biz veririk. Qapı xəttində ciddi rəqabət var. Bunu yaratmaq istəyirdik. Bizimçün yerli, əcnəbi fərqi yoxdur.

    – Vensan Abubakarın növbəti matçda azı yarım saat oynamaq şansı var?
    – Bəli, elə futbolçular var ki, 45 dəqiqə oynayar, imkanlar yaradar. Abubakar da belə oyunçulardandır. Onun kimi futbolçularla bağlı qərarı fiziki durumla əlaqəli vermək olmaz.

    – İkinci qələbənizi qazandız. Amma 9 turda 2 qələbə çox azdır...
    – Dayanmadan təhlillər aparırıq. Mövsümün əvvəlində ideal vəziyyətdə deyildik. Nə itirdiksə, həmin dönəmlərdə itirdik. Yaxşı oyunlarımız olub. Böyük problemli oyunlar yox idi. Lakin indi geriyə baxmaqla peşmanlıq yaşamaq olmaz. Ancaq qalib olmaq üçün işimizi görəcəyik.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved