"Sabah" Misli Premyer Liqasında heç-heçə edib.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi IX turda "Araz-Naxçıvan"la üz-üzə gəlib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
"Sabah"ın heyətində 54-cü dəqiqədə Stiv Solvet, 73-cü dəqiqədə Coy Lens Mikels (penalti) fərqləniblər: Naxçıvan klubunun qollarına 58-ci dəqiqədə İssuf Paro, 90+8-ci dəqiqədə Ba-Muaka Simakala imza atıblar.
