"Qarabağ"ın futbolçusu Kamilo Duran UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda İspaniyada “Atletik”lə uduzduqları matçdan sonra fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, kolumbiyalı hücumameyilli yarımmüdafiəçi bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib.
23 yaşlı vinger matçdan fotolarını paylaşıb və bunları yazıb: “Bu, yalnız başlanğıcdır. Sona qədər mübarizə aparacağıq”.
Qeyd edək ki, “Atletik” - “Qarabağ” matçı ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.
