Azərbaycan II Liqasında çıxış edən "Şəmkir"ə müvəqqəti baş məşqçi təyin edilib.
Prosport.Az xəbər verir ki, qərb təmsilçisinin yollarını ayırdığı Vüqar Nadirovu köməkçisi Kamran İsmayılov əvəzləyib.
Xatırladaq ki, "Şəmkir" çempionatda geridə qalan 6 tura 9 xal toplayıb və 6-cı pillədə qərarlaşıb.
