Polşa Ekstraklasasında XIII tur start götürüb.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli futbol komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Motor" öz meydanında "Vidzev"i qəbul edib.
Oyun ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Renat Dadaşov meydana 78-ci dəqiqədə daxil olub.
Qeyd edək ki, "Motor" hazırda 14 xalla 13-cü yerdədir.
