Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Məqsədimiz xal saymaq yox, xal qazanmaqdır" - Jorj Kaşkilya
    24.10.2025 21:33:24

    Misli Premyer Liqasının IX turunun “Kəpəz” – “İmişli” oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Bizim üçün çətin durumdur. Vüsal Qənbərov ağır zədə aldı. Bu, komandaya psixoloji cəhətdən mənfi təsir etdi. İlk yarıda bərabər oyun gedirdi. Birinci hissənin sonunda bizə qol lazım idi, onu da vurduq. Fasilədə uşaqlarla söhbət etdik. Bütün oyunçular Vüsalı düşünürdü. Onlar üçün toparlanmaq çətin idi. Söhbərlərdən sonra futbolçuları oyuna kökləyə bildik. 3 qol vurduq. Daha da çox vura bilərdik. Hamımız Vüsalı düşünürük. Qalibiyyətə layiq idik. Hamımız qələbəni Vüsala həsr edirik.

    – Vüsal Qənbərovun zədəsi ilə bağlı məlumat verə bilərsiniz?
    – Ayağında sınıq var. Sınığın nə dərəcədə olduğunu hələ bilmirik. Tibbi müayinədən sonra dəqiq biləcəyik

    – İkinci hissədə Juninyo və Almeyda bir neçə epizodu dəyərləndirə bilmədi. Oyun bitəndən sonra onlarla söhbət etdiniz?
    – Xəzər Mahmudov və İdris İnqilablının da qol epizodları var idi. Bu cür epizodları yarada bildiyimiz üçün şadam. Amma bunları dəyərləndirmək vacibdir. Məşqlərdə bunun üzərində çalışacağıq.

    – Sizcə, Premyer Lliqada qalmaq üçün nə qədər xal toplamaq lazımdır?
    – Ötən mövsümlə müqayisədə Premyer Liqada komanda sayı artıb. Bizim məqsədimiz xal saymaq yox, xal qazanmaqdır. Biz sürpriz komandayıq. Aşağı liqadan gəlsək də, kifayət qədər xal toplaya bilmişik. Texniki məğlubiyyəti saymasaq, komanda olaraq meydanda 15 xal qazanmışıq. 30 xalı düşünmək fikrimiz yoxdur.

    – Növbəti turda rəqibiniz “Qarabağ” olacaq. Onlara qarşı xüsusi planınız var?
    – Planları oyundan-oyuna qururuq. “Qarabağ”la matçdan əvvəl kubok oyunumuz var. Bütün diqqətimiz həmin qarşılaşmadadır. Daha sonra “Qarabağ”ı düşünəcəyik. Əlbəttə ki, “Qarabağ” çox güclüdür, onlarla oyun çətin olacaq.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved