Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Məşqçi meydana çıxıb futbolçunun yerinə nəsə edə bilməz" - Azər Həşimov
    24.10.2025 17:48:54

    "Karvan-Yevlax" Misli Premyer Liqasının IX turunda Şamaxı şəhər stadionunda "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, Yevlax təmsilçisinin baş məşqçisi Azər Həşimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Oyuna hazırlaşmaq üçün 4 gün vaxtımız oldu. Biz hesabda öndə olduğumuz vaxt rəqibin heç bir qol imkanı olmadı. Futbolda belə hallar olur ki, yaxşı oynayırsan, amma məğlub olursan. Sevindirici haldır ki, bu gün kapitanımız Araz Abdullayev meydana çıxdı. Bəhanələr gətirməyi xoşlamıram. 14 il sonra "Karvan-Yevlax" yenidən Premyer Liqadadır. Qarşıda çox oyun var. Öz işimizi vicdanla, ləyaqətlə görürük, əlimizdə olan imkanlara uyğun iş görməyə çalışırıq. Bu gün komanda əzmkar futbol oynadı. Onlara təşəkkür edirəm. Məğlubiyyətə layiq olmadığımız halda uduzduq. Daha yaxşısını etməyə çalışacağıq. Fərdi keyfiyyətlər öz sözünü deyir. Məşqçi meydana çıxıb futbolçunun yerinə nəsə edə bilməz. "Karvan-Yevlax"ın Premyer Liqada qalması üçün əlimizdən gələni edəcəyik.

    - Məğlubiyyətə görə səhv kimdədir?

    - İstənilən sahədə səhvlər olur. Bu gün komandamın məğlub olması mənim səhvim idi. Çox təəssüf ki, xal qazana bilmədik, futbolda belə hallar olur.

    - Qapıçı Kamran İbrahimovun əvəzlənməsinin səbəbi nə idi?

    - Kamran ilk hissədən sonra özünü yaxşı hiss etmirdi, ona görə də dəyişiklik etdik. Əmrah Bulud da deyərdim ki, onu layiqincə əvəzlədi.

    - Üstünlüyü əldən verməyinizi necə izah edərdiniz?

    - Sadəcə, ola bilər ki, hesabda 1:0 öndə olanda bir az arxayınlıq oldu. Mən də istərdim ki, 90 dəqiqənin sonunda sevinən tərəf biz olaq.

    - Uğursuz nəticələrdən sonra istefaya göndəriləcəyinizlə bağlı narahatlığınız yoxdur?

    - Məşqçinin işi elədir ki, hardasa bir axsama görür və dəyişiklik etmirsə, deməli, o, iş görmür. Bəhanə kimi demək istəmirəm, yeni komandayıq. Bacardığımız qədər ən yaxşısını etməyə çalışacağıq. Rəhbərlik tərəfindən də dəstək var. Sadəcə olaraq, şərait baxımından gözləyirdik ki, öz meydanımızda, azarkeşlərimizin qarşısında çıxış edəcəyik. Amma bu məsələ hələ də öz həllini tapmır. Bu amil də nəticələrimizdə müəyyən qədər təsirini göstərir.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved