Bu yay "Şamaxı"dan ayrılan Maykl Tuikin yeni klubu müəyyənləşib.
Prosport.Az xəbər verir ki, braziliyalı vinger karyerasını Gürcüstanda davam etdirəcək.
Tuik "Qonia" ilə anlaşıb. 32 yaşlı futbolçu II Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Maykl Tuik ötən mövsümün 2-ci yarısında "Şamaxı"da çıxış edib.

