Niderlandın "Ayaks" klubunun baş məşqçisi Con Heytinqa istefaya göndərilə bilər.
Prosport.Az xəbər verir ki, buna səbəb komandanın cari mövsümdə həm daxili çempionatda, həm də avrokuboklarda uğursuz çıxış etməsidir.
Amsterdam təmsilçisi Çempionlar Liqasının əsas mərhələsində 3 oyundan sonra xalsızdır və son pillədə qərarlaşıb. Komanda ötən gün İngiltərədə "Çelsi"yə 1:5 hesabı ilə uduzub.
Qeyd edək ki, "Ayaks" "Qarabağ"ın ÇL-dəki rəqiblərindən biridir. Niderland klubu dekabrın 10-da Bakıda ağdamlıların qonağı olacaq.

