"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk üç oyununda rəqiblərdən top almağa görə 2-ci pillədə qərarlaşıb.
Prosport.Az xəbər verir ki, Azərbaycan təmsilçisinin futbolçuları həmin matçlarda 150 dəfə buna nail olublar.
Belçikanın "Union" (154) komandası bu nominasiyada 1-cidir. İspaniya təmsilçisi "Atletik" (146) isə 3-cüdür.
Qeyd edək ki, "Qarabağ" ötən gün səfərdə "Atletik"ə uduzub - 1:3. Komanda daha əvvəl Portuqaliyada "Benfika"ya (3:2), Bakıda isə Danimarkanın "Kopenhagen" kollektivinə (2:0) qalib gəlib.

