"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcəyi İngiltərənin "Çelsi" klubu turnirin tarixinə düşüb.
Prosport.Az xəbər verir ki, "zadəganlar" buna III turda Niderland təmsilçisi "Ayaks"ı məğlub etdikləri (5:1) matçda nail olub.
London komandasının üç gənc futbolçusu (U-20) sözügedən qarşılaşmada fərqlənib. 19 yaşlı Mark Qiu ilə Tayrik Corc və 18 yaşlı Estevao rəqib qapısına yol tapıblar.
"Çelsi" Çempionlar Liqası tarixində bir oyunda 3 gənc oyunçusu fərqlənən ilk komandadır.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Bakıda keçiriləcək.

