UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura yekun vurulub.
Prosport.Az xəbər verir ki, "Qarabağ"ın Liqa mərhələsindəki növbəti rəqiblərindən “Çelsi” İngiltərədə “Ayaks”ı, "Liverpul" isə Almaniyada “Ayntraxt”ı 5:1 hesabı ilə darmadağın edib.
İlk oyun günündə isə İtaliya "Napoli"si Niderlandda PSV-yə böyük hesabla uduzmuşdu - 2:6.
Qeyd edək ki, "Qarabağ" bu tur İspaniyada "Atletik"ə 1:3 hesabı ilə məğlub olub. Ağdam təmsilçisi Çempionlar Liqasında növbəti oyununu noyabrın 5-də Bakıda "Çelsi"yə qarşı keçirəcək.

