İngiltərənin "Liverpul" klubu "Bornmut"da çıxış edən futbolçu Antuan Semenyo ilə maraqlanır.
Prosport.Az goal.com-a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi qış transfer dönəmində 24 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.
Qeyd edək ki, qanalı forvard 2023-cü ildən Premyer Liqa komandasında çıxış edir. O, cari mövsüm çempionatda meydana çıxdığı 8 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.