Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "90 dəqiqə rəqibin hücumlarına dözməliyik" – Qurban Qurbanov
    21.10.2025 22:05:24

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında “Atletik”ə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

    Prosport.Az xəbər verir ki, mütəxəssis jurnalistlərlə görüşdə bunları deyib:

    – Vacib oyun olacaq. Çox yaxşı komandaya qarşı oynayacağıq. Yaxşı, özünəxas oyunu olan kollektivdir. “Atletik” müdafiədə və hücumda aqressiv oynamağı bacarır. Təcrübəmiz hər il artır. Rəqib çox istəkli olacaq, hətta istəklidir. Xal fərqini yaxşılaşdırmaq üçün qələbə qazanmaq istəyirlər. Çox hərəkət etməli olacağıq. Çalışacağıq ki, meydanda möhkəm olaq. Bu cür rəqibin tempinə davam gətirə bilməliyik. Azarkeşlərimizin mübarizəmizdən razı qalacaqlarını düşünürəm.

    – Marko Yankoviç sabah meydanda olacaq?
    – Yankoviç tam məşq edib. Düzdür, idman formasından bir az uzaq ola bilər. Amma çalışacağıq ki, təcrübəsindən istifadə edək. Amma hələ qərarımı verməmişəm.

    – Nəriman və Kamilo Duran arasında seçim etmisinizmi? Meydana kim çıxacaq?
    – Hər ikisi yaxşı formadadır. Sabaha qədər vaxtımız var.

    – “Qarabağ”ın uğurları türk dünyası üçün qürurvericidir. Belə hissləri yaşamaq sizə necə hiss etdirir?
    – Hər oyunumuza qardaş ölkə Türkiyədən böyük dəstək olur. Hər matçdan sonra böyük maraq göstərirlər. Onlara təşəkkür edirəm. Bu hissləri sözlə ifadə etmək olmaz. Çox xoşdur. Bizə dəyər verən insanların sayı çoxdur. Bu, istəyimizi, həvəsimizi daha da artırır. Çalışırıq ki, oyunlarımızda yaxşı keçsin.

    – Hər dəfə qeyd edirsiniz ki. belə matçlarda komandalar böyüyür. Çempionlar Liqasında bundan öncə keçirdiyiniz iki oyundan hansı nəticələri çıxarmışınız?
    – Dəyişiləcək nəsə yoxdur. Sadəcə futbol elə oyundur ki, burda hər il, hər oyun uğur qazana bilməzsən. Nə qədər güclü olsan belə, bəzən istədiyin nəticəni əldə edə bilmirsən. Böyük klublar var ki, bir il çempion olur, sonra bunun ardını gətirə bilmir. Kiçik futbol ölkəsiyik. Belə turnirlərdə böyük təcrübə qazanırıq. Böyük oyunlarda qələbələr də lazımdır. Sadəcə bu dəfə iki oyun, iki qələbə gələcəyə daha böyük ümid verir. Üzərimizdə daha çox çalışsaq, təkcə klub olaraq yox, ölkə futboluna inam gətirə bilərik. Çempionatımızın səviyyəsi yaxşılaşdıqca belə komandalara qarşı daha çox uğurlu oyunlar keçirərik. Çalışırıq ki, işlərimizi düzgün görək. Avropada futbol sürətli inkişaf edir. Azından onlara qarşı düzgün düşünmək, çəkinmədən mübarizə aparmaq missiyamızdır. “Qarabağ”, futbol varsa, biz də daima iş başında oluruq. Bəlkə də, nadir olan qələbələri səbirsizliklə gözləyirik.

    – “Atletik”in hansı güclü tərəfləri var?
    – Dinamik futbol oynayırlar. Topu rəqib cərimə meydançasına sürətlə daşıyırlar. Rəqib zonasında oyun qurmağa çalışırlar. Bu, bizə çətinlik yarada bilər. Bəzən belə anlarda çətinlik yaşayırıq. Lakin necə ki onlar rəqibə oynamağa imkan verməməyə çalışırlar, biz də elə edəcəyik. Futbolçulardan tələb edirəm, rəqibin oynamasına imkan verməməliyik ki, biz də oyunumuzu oynaya bilək. Rəqibə böyük hörmətlə yanaşırıq. Fərdi bacarıqları olan keyfiyyətli futbolçuları var. Bu təcrübə bizi üstələyə bilər. Üstəlik, çox gözəl stadionları var. Dəfələrlə olub ki, belə matçlarda iştirak edib, uğur qazanmışıq. İndiki məqamda futbolçulara motivasiya verdiyimiz ürəkli, dözümlü olmalıdır. 90 dəqiqə rəqibin hücumlarına dözməliyik. İnanıram ki, maraqlı oyun olacaq.

    – Belə fikir var ki, “Qarabağ”ın cinahlarının qarşısını ancaq böyük klublar ala bilər…
    – “Atletik” də böyük klubdur. Rəqib də diqqətli olacaq. Belə sözləri eşitmək xoşdur. Biz də rəqibi analiz edəndə güclü tərəflərinə üstünlük veririk. Səliqəli oynamağa çalışmalıyıq. Belə böyük klubların bizə ciddi yanaşması sevindirici haldır. İstəyimizi, arzumuzu daha da artırırlar.

    – İki oyuna 6 xal toplamısınız. Artıq hesablamalar gedir ki, 11-12 xal pley-offa yüksəlmək olar. Belə məqamlar futbolçulara necə təsir edir?
    – Hər şeyə real baxmaq lazımdır. Qarşıda 6 oyun var və bu, 18 xal deməkdir. Turnirdə iştirak edən komandalara ümumi baxsaq, güclərini görərik. Onların hər biri qarşıda 12-13 xal toplamağa qadirdir. Bu gün əlimizdə daha çox xal qazanmaq imkanımız varsa, istifadə etməyə çalışacağıq. Uğur qazanmaq üçün oyunu daha yaxşılaşdırmaq, yığcam etmək lazımdır. Bütün dünya futbolunda hər kəs istəyir ki, öz komandaları yuxarıda olsun. Bu sırada olmaq bizim üçün də xoşdur. Qarşıda xeyli böyük mübarizələr gözləyir.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved