Asiya Çempionlar Liqasında Təbrizin “Traktor” klubu səfərdə Birləşmiş Ərəb Əmirliklərinin “Şarca” klubu ilə qarşılaşıb.
Prosport.Az xəbər verir ki, oyun Təbriz klubunun 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün 6-cı dəqiqəsində “qırmızı qurdlar”ın heyətində albaniyalı Reqi Luşkya fərqlənib. 11-ci dəqiqədə Luşkya 2-ci topu “Şarca”nın qapısından keçirib. 40-cı dəqiqədə Mehdi Haşemnecad 4-cü qola imza atıb. 45+3-də isə Daniyal Esmailifar hesabı 4:0 edib.
84-cü dəqiqədə Məsud Kazemayni beşinci qolu BƏƏ klubunun qapısına vurub.
Bu qələbədən sonra “Traktor” 3 oyundan 5 xal toplayıb. Komanda Qərb divizionunda 3-cü yerdədir.

