Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hücumdakı problemləri çözmək üçün Abubakarı gətirmişik" – Samir Abasov
    19.10.2025 21:07:16

    Misli Premyer Liqasının VIII turunun “Neftçi” – “Araz-Naxçıvan” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Qəliz oyun keçdi. Bəzi anlarda biz, bəzi anlarda rəqib fərqlənə bilərdi. İlk qola qədər çox yaxşı oynadıq. Qoldan sonra nədənsə “oturduq”. Belə planımız yox idi. Həddindən artıq çox top itirdik, sonra da rəqib qol vurdu. İkinci hissə başlayanda uşaqlara bəzi tapşırıqlar vermişdik. Lakin oyun başlayan kimi müdafiəçimizin səhvindən qol buraxdıq. Planlarımızı sona qədər davam etdirdik. Qol buraxsaq da, ruhdan düşmədik. Oyunun sonlarında dirəkdən qayıdan topumuz da oldu. Əfsuslar olsun, qələbə qazana bilmədik. Bu gün kimin qazanıb, kimin itirdiyini deyə bilmərik. Həddindən artıq çox təhlillər lazımdır. Üzücü məqam qərarlarımızdakı problemlər idi. Son ötürmələrdə problemlər yaşadıq. Ola bilsin, kifayət qədər birlikdə məşq edə bilməməyimizə görə belədir. Millilərinə gedən futbolçularımız çox idi.

    – 1:0-dan sonra tamam fərqli oynamağınız nə ilə bağlı idi?
    – Fikirləşirdik ki, 1:0-dan sonra daha da basqılı olacağıq. Lakin çox top itkilərinə yol verdik. Bunun səbəbi özümüzük. Çox epizod yarada bilərdik, amma alınmadı. İndi nəsə demək çox çətindir.

    – Birinci qolda müdafiəçilər, ya qapıçı günahkardır?
    – Qapıçı məşqçisi ilə danışandan sonra nəsə deyə bilərəm. Mərkəz müdafiəçilərimiz ondan əvvəl baş verən epizoda fokuslanmışdı. İş də elə gətirdi ki, öyündüyümüz müdafiədə bu gün boşluqlar verdik. Düşünürəm ki, səbəb 1:0-dan sonra oynadığımız oyundadır.

    – Vensan Abubakarla görüşmüsünüz?
    – Onun gəlişi komandaya çox yaxşı təsir edəcək. Hər futbolçu yanında keyfiyyətli oyunçu görəndə ona uyğunlaşmağa çalışır. Abubakarla danışmağa vaxtımız olmayıb. Sabahdan məşqlərə qoşulacaq.

    – Müdafiə xəttiniz qollarda kobud səhvlərlə yadda qaldı. Oyunçular eyforiyadadır?
    – Xeyr. Mövqeyimiz o deyil ki, rahatlıq olsun. Səhvlər olur, qaçılmazdır.

    – Çempionatda əsas rəqiblərinizlə oyunlarda xal itirmisiniz. Bu, hədəfə çatmaqda çətinlik yaratmayacaq?
    – Qələbələr qazanmaq istəyirik. Xüsusilə ev matçımızda 3 xal əldə etməliyik. Əfsuslar olsun, epizodları tamamlaya bilmirik. Son qərarlarda tələsirik. Hər an çempionatda vəziyyət dəyiş bilər. Hər il maraqlı nüanslar olur. Gündən-günə daha yaxşı olmalıyıq, xallar qazanmalıyıq.

    – Nigeriyalı Metyu haqda fikirləriniz nədir?
    – Metyu oyuna çox yaxşı qoşuldu. Hücumda effektivlik yaratdı. Onun top vəziyyətə çatması üçün zaman lazımdır. Fikirləşirəm ki, çox yaxşı futbolçudur və bizə faydalı olacaq.

    – İdrissa Dumbiya ilə bağlı vəziyyət nə yerdədir?
    – Müzakirələr gedir. Çox yaxın günlərdə yekunu biləcəyik.

    – Oyunun sonlarında gənc Murad Məmmədov və Ağadadaş Salyanskiyə şans verməklə risk etmədiniz?
    – Oyunçunu meydana buraxırıq ki, effektiv olaq. Baxmırıq ki, gəncdir, ya necədir.

    – “Neftçi”yə son çempionluğu qazandıran mövsüm Keysuke Honda gəlmişdi. Bu dəfə Abubakar gəlib. Dejavu yaşamırsınız? Və ya bu transferi rəqiblər üzərində bir basqı yaratmaq kimi düşünmürsünüz?
    – Belə düşünənlər də var. Abubakar rəqiblər üçün həddindən artıq motivasiya ola bilər. Xüsusilə müdafiəçilərçün. Bəzi müdafiəçilər üçün Abubakara qarşı yaxşı oynamaq onu ucalda bilər. Hücumda problemlərimiz var və bunu çözmək üçün Abubakarı gətirmişik.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved