Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Onun dünya çempionatına getmək ehtimalı aşağıdır" – Elmar Baxşıyev
    19.10.2025 21:01:14

    Misli Premyer Liqasının VIII turunun “Neftçi” – “Araz-Naxçıvan” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Maraqlı, dinamik oyun oldu. Komandanı ağır səfər oyununa kökləmişdik. Komandam meydançada yaxşı iş gördü. Elə oyun gedirdi ki, həm qələbə qazana bilərdik, həm uduza.

    – Müdafiədə itkilər var. Boşluqları necə aradan qaldıracaqsınız?
    – Hələ buna köklənməmişik. Qışa qədər uzun vaxt var. Futbolçularım universaldır. Bu mövqedə oynaya biləcək oyunçularım var.

    – Oyundan sonra baş hakimlə nəyi müzakirə edirdiniz?
    – Narazılıq yox idi. Oyun epizodları ilə bağlı danışırdıq.

    – Buraxdığınız ikinci qola baxmısınız? Qərar doğrudur?
    – Tam baxmamışam, dəqiq nəsə demək olmur.

    – Patrik Andradenin oyununu necə dəyərləndirirsiniz?
    – Patrik istədiyimiz oyunu verməyə çalışdı. Böyük potensialı var. O da komandanın bir hissəsidir. Daha da yaxşı oyunları olacaq.

    – Naxçıvana səfər ev oyunlarını yaxın zamanda orada keçirə biləcəyinizlə bağlı mesaj idi?
    – Sadəcə görüş idi. Mövsümün sonunda getmək istəyirdik, amma qrafik sıxlığına görə alınmadı. Komanda həmin şəhəri görməyinə məmnun oldu. Futbolun Naxçıvanda sevildiyini gördülər. Ora qayıtsaq, komanda olaraq böyümək ehtimalımız genişlənər.

    – Felipe Santosun durumu necədir? Benin yığmasına çağırıla bilər. Bu baş versə, Afrika Millətlər Kuboku zamanı uzun müddət düşərgənizdə olmaya bilər...
    – Santos, əlbəttə, öz vətənində oynamaq istəyər, amma ora düşmək ehtimalı çox aşağıdır. Qərar özünündür. Ona uğurlar arzu etdik. Dünya çempionatında iştirak etmək arzusu ilə Benin vətəndaşlığını qəbul etdi.

    – Patrik Andradenin yığması Kabo-Verde dünya çempionatına vəsiqə qazanıb. Amma o, heyətdə yer almamışdı. Psixoloji durumu necədir?
    – O da buna sevinir. Amma indi diqqəti komandadır. Patrik ölkəmizdə yaxşı oyunu ilə seçilən futbolçulardandır.

    Futbol

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18
    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Futbol

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    Futbol

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    Futbol

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    Futbol

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved