Misli Premyer Liqasının VIII turunun “Sumqayıt” – “Karvan-Yevlax” oyunundan (4:1) sonra qonaq komandanın baş məşqçisi Azər Həşimov jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– İkinci hissədə standart vəziyyətlərdən qollar buraxdıq. 3-cü qoldan sonra oyundan qopduq. Rəqibi təbrik edirəm. Qarşıda “Turan Tovuz”la oyun var. Çalışacağıq ki, xal və ya xallar qazanaq.
– Qarşıda “Turan Tovuz”, “Zirə” və “Araz-Naxçıvan”la oyunlar var. Nə gözləyirsiniz?
– Yeni komandayıq. Mübarizə aparacağıq, asan təslim olmayacağıq. Futbolda bəzən döyüşsən də, məğlub olursan.
– Rahat qollar buraxırsınız. Bu, nə ilə bağlıdır?
– Standart vəziyyətlərdən qollar buraxırıq. Boşluqlar olur, qollar buraxırıq.
– Yevlaxdakı stadion nə zaman hazır olacaq və sizcə, oyunları evdə keçirməmək nəticələrə təsir edir?
– Öz meydanımızda oynasaydıq, məncə, 10-11 xal qazanardıq. İnşallah, bu məsələ də həll olar.