“Neftçi” azarkeşlərinin yolunu gözlədiyi Vensan Abubakardan xəbər var.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, kamerunlu hücumçu artıq Bakıdadır.
Uzun sürən danışıqlardan sonra afrikalı forvardla bütün detallarda razılıq əldə olunub.
Portuqaliyanın “Portu”, Türkiyənin “Beşiktaş”, Fransanın “Loryan” və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış etmiş afrikalının son ünvanı “Hatayspor” (Türkiyə) olub.
33 yaşlı legioner ötən mövsüm Türkiyə Superliqasında 25 oyunda meydana çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.