Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəlkə də özünü keçmiş komandasına göstərmək istəyir" - Ayxan Abbasov
    17.10.2025 17:56:58

    Misli Premyer Liqasının VIII turunun “Şamaxı” – “Kəpəz” oyunundan (1:4) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Üzücü məğlubiyyət oldu. Azarkeşlərimizə təşəkkür edirəm. Təəssüf ki, onları sevindirə bilmədik. Rəqibi təbrik edirəm. Çempionatda belə oyunlar olur, səndə heç alınmır, hər şey rəqib tərəfdə olur. Bu gün bizim üçün həmin matçlardan idi. Oyuna yaxşı başlasaq, qol vursaq da, 20-ci dəqiqədən sonra komandada eniş hiss etdik. Matçın qırılma anı Abdullahi Şuaybunun qırmızı vərəqə aldığı epizod idi. Bəlkə də 11 nəfərlə oynasaydıq, nələrisə dəyişə bilərdik. Növbəti qarşılaşmalara hazırlaşmalıyıq. Belə hadisələr ötən mövsümdə də başımıza gəlib. Zədələr var. Rotasiyalar etməkdə çətinlik çəkirik. Amma bu, bəhanə deyil. Komanda olaraq toparlanmağa ehtiyacımız var.

    – Abdullahi Şuaybunun qırmızı vərəqə aldığı epizodu necə şərh edərdiniz?
    – Şuaybunun günahı böyükdür. Təsəlli ediləsi bir şey yoxdur. Futbolçuları belə epizodlara hazırlamışdım. “Kəpəz”in oyunçuları var ki, rəqib hücumçuları özündən çıxarmağı bacarır. Onlardan biri Dioqo Verdaşkadır. Belə qırmızı vərəqələri bağışlamıram. Çünki komandanı pis vəziyyətdə qoydu. Bəlkə də özünü keçmiş komandasına göstərmək istəyir.

    – “Şamaxı” “Kəpəz”ə nədə məğlub oldu?
    – Bu gün rəqibdə hər şey alındı. Bizdən istəkli olduqlarını da demək lazımdır. İlk 20 dəqiqədə oynadığımız oyunu saxlamaq lazım idi. Qol da vurmuşduq. Amma ümumi götürəndə rəqib bizdən üstün oynadı.

    – Sizin iki həftə milli komandada olmağınızın təsiri ola bilər?
    – Ötən ay millidən qayıdandan sonra ən yaxşı oyunumuzu oynamışdıq, “Karvan-Yevlax”a qalib gəldik. Mənim olub-olmamağımın məğlubiyyətə təsiri yoxdur. Bəzi futbolçular olmayanda oyunumuz aşağı düşür. İrəli baxmaq lazımdır.

    – İki həftə ərzində üç məğlubiyyət mental olaraq sizə necə təsir edir?
    – Əlbəttə çətindir. Məğlubiyyətlərdən sonra daha güclü olmalısan. Neçə ildir Premyer Liqadayam. Ardıcıl məğlubiyyətlər də, qələbələr olub. Bu dəqiqə biz futbolçularda özünəinam yaratmalıyıq. Bilirik ki, nə üçün vuruşuruq. Bəli, bizə uyğun rəqiblərlə matçlarda məğlubiyyət qəbuledilməzdir. Amma futbolda hər şey olur.

    Futbol

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57
    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Mövlud Mirəliyev 4-cü dəfə dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının adı dəyişdirildi, start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved