“Neftçi”nin sabiq hücumçusu Dembo Darbo Liviyanın “Əl Əhli” klubundan ayrılıb.
Prosport.Az xəbər verir ki, qambiyalı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Dembo Darbo bu ilin yayında “Neftçi”dən ayrılaraq, “Əl Əhli” ilə müqavilə imzalamışdı. O, bu klubda oyuna çıxmayıb.